Accessibility links

Türk-Amerika Alyansı Vaşinqtonda konfrans keçirdi [Video]


Amerikanın Səsinin (www.amerikaninsesi.org) verdiyi məlumata görə martın 13-də Vaşinqtonda Türk-Amerika Alyansının təşəbbüsü ilə “Enerji ticarətinin inkişafı” başlıqlı illik qurultay təşkil edilib.

Tədbir ABŞ-ın Türkiyə və Azərbaycan kimi türkdilli dövlətlərlə siyasi, sosial və iqtisadi ələqələrinin möhkəmləndirilməsi məqsədi daşıyır.

Konfrans türkdilli dövlətlərin hökümət və parlamentlərindən nümayəndə heyətləri, ABŞ hökümətinin rəsmiləri, senatorlar, konqresmenlər, türk diasporu, özəl sektor, beynalxalq təşkilatlar, çoxmillətli korporasiyaların təmsilçiləri, ziyalılar və ekspertləri bir araya gətirib.

Tədbirdə, türkdilli dövlətlərin ABŞ-la artmaqda olan tərəfdaşlığı diqqət mərkəzində olub.

Türk-Amerika Alyansının prezidenti Faruk Taban bu kimi tədbirlərin Türkiyə, Azərbaycan və digər türkdilli dövlətlər üçün əhəmiyyətli olduğunu önə çəkib.

Azərbaycan Milli Məclisinin beynalxalq əlaqələr və parlamentlərarası komitəsinin sədri Səməd Seyidov Amerkanın Səsinə müsahibədə tədbirin enerji sektoru ilə yanaşı qeyri-enerji sektorunun inkişafını əhatə edəcəyini deyib.

ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə yardımçısı Erik Rubin Amerkanın Səsinə bildirib ki, bu türk dünyası ilə Amerikalıları bir araya gətirən müsbət tədbirdir.

Natiqlər arasında yer alan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Türk-Amerika Alyansı tərəfindən təşkil olunan bu konferansın çox gözəl təşəbbüs olduğunu deyib. “Türkdilli dövlətləri bir araya gətirən bu tədbir bir daha göstərir ki, türk icması Amerikada böyük bir icmadır.”-deyə səfir Amerikanın Səsinə bildirib.
Elin Süleymanov bu kimi tədbirlərin davam etməsi üçün təşkilatçı Türk-Amerika Alyansı ilə mütəmadi işləyəcəyini vurğulayıb.

Türk-Amerika Alyansının qurultayında tərəfdaşlıq üçün iqtisadi baxımdan inkişaf etməkdə olan ölkələrin iqtisadi potensialı və imkanlarından gələcəkdə necə istifadə edilməsi yolları müzakirə edilib.
XS
SM
MD
LG