Accessibility links

Ötən həftə “Odlar Yurdu” Gənclər İctimai Birliyi və "KƏPƏZ "Teleradio və Yayım Şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən “Media Məktəbi” layihəsinin açılış mərasimi olub. Təşkilatın sədri Nigar Ələsgərova Amerikanın Səsinə verdiyi müsahibədə məktəbin hədəfləri barədə danışıb. Onun sözlərinə görə məktəbə daxil olan müraciətlərin sayı gənclər arasında mediyaya olan böyük marağdan xəbər verir. “Bu layihənin başlıca hədəfi odur ki, bu sahəyə maraq göstərən gəncləri kəşf edək, onların maraqlarını qarşılandırma məqsədilə inkişaf etdirək, maraqları çoxalsın, və arzuladıqları kimi bu sahədə keyfiyyətli fəaliyyət göstərsinlər,” deyə xanım Ələsgərova Amerkanın Səsinə bildirib.


Nigar Ələsgərova layihədə peşəkar təlim kurslarının tədris olunacağını və bu kursların tədirisi üçün istər paytaxt bakıdan, istərsə də xaricdən mütəxəssislər cəlb olunacağını deyir. O, nəzəri təlimdən əlavə, gənclərin razılaşdırılmış qaydada KƏPƏZ TV-də praktiki təcrübə toplayacaqlarını bildirir.

​Layihənin açılışında “Odlar Yurdu” GİB-in rəhbərliyi və İdarə Heyəti, KƏPƏZ TV-nın rəhbərliyi və əməkdaşları, jurnalistlər və layihədə iştirak edəcək gənclər iştirak ediblər. Görüş zamanı keçirilən müzakirələrdə təlim proqramı, gələcəkdə iştirakçılar üçün nəzərdə tutulmuş təcrübə proqramları, real iş imkanları barədə müzakirələr aparılıb.

Peşəkar jurnalistlərin formalaşması istiqamətində atılan mütərəqqi adım kimi qiymətləndirilən layihədə, jurnalist olmaq istəyən həvəskar gənclərə media sahəsində çoxşaxəli məlumatlar veriləcək, gənclər paytaxtda və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən peşəkar yerli və xarici jurnalistlərlə görüşəcək, onların təcrübələrindən yararlanacaqlar. Eyni zamanda layihə çərçivəsində KƏPƏZ TV-də təcrübə keçərək iş prosesi ilə yaxından tanış olacaqlar. “Media Məktəbi”nin iştirakçılarına layihənin sonunda sertifikatlar təqdim olunacaq, məktəbi uğurla bitirən iştirakçılar işlə təmin olunacaqlar.
XS
SM
MD
LG