Accessibility links

İsveçrədə yaşayan siyasi fəal və Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının (Yeni GAMOH) keçmiş Mərkəzi Komitə üzvü Səccad Radmehr Amerikanın Səsi (www.amerikaninsesi.org) ilə müsahibədə bu təşkilatın Təbriz zindanında saxlanılan başqanı və öz doğma qardaşı da daxil olmaqla dörd mərkəzi komitə üzvünün vəziyyəti haqda danışıb.


Səccad Radmehr Yeni GAMOH başqanı Lətif Həsəni və mərkəzi komitə üzvləri Mahmud Fəzli, Yürüş Mehrəlibəyli, Şəhram Radmehr və Behbud Quluzadənin artıq Ettealat həbsxanasından Təbriz Zindanına köçürüldüklərini, ancaq hələ də vəkillə görüşmək hüququndan məhrum olduqlarını bildirib.

Səccad Radmehr

Səccad Radmehr

​Hər beş milli fəal 2010-cu ildə də təhlükəsizlik məmurları tərəfindən tutulub və aylarla Ettealat həbsxanasında saxlanmışdılar. “Onlar İslam Respublikasına qarşı təbliğat, milli təhlüikəsizliyə qarşı fəaliyyət, qeyri-qanuni qrup təşkil etmək və Azərbaycan Respublikasına casusluq kimi ittihamlarla mühakimə edildilər. Yürüş Mehrəlibəyli və Lətif Həsəniyə 18 ay, digərlərinə isə 6 ay həbs hökmü verildi,” deyə cənab Radmehr bildirib.
İşgəncə İranın Ettealat həbsxanalarında çox normal bir haldır. Məhbuslar döyülür və ruhi işgəncələr altında olurlar. Amma bu fəallar daha ağır işgəncələrə məruz qalmışdılar. Onları xüsusi işgəncə otaqlarına aparmışdılar, qoymurdular yatsınlar, üzərlərinə isti və soyuq su tökürdülər və bəzən tənəffüs etməyə izn vermirdilər.

O, fəalların 2010-cu ildə ağır işgəncələrə məruz qaldıqları ilə bağlı məlumat verib: “İşgəncə İranın Ettealat həbsxanalarında çox normal bir haldır. Məhbuslar döyülür və ruhi işgəncələr altında olurlar. Amma bu fəallar daha ağır işgəncələrə məruz qalmışdılar. Onları xüsusi işgəncə otaqlarına aparmışdılar, qoymurdular yatsınlar, üzərlərinə isti və soyuq su tökürdülər və bəzən tənəffüs etməyə izn vermirdilər.”

Məhbusların bu səfər də işgəncəyə məruz qaldığını vurğulayan güneyli fəal, “qardaşım Şəhram Radmehr Təbriz Zindanına aparıldıqdan öncə Ettealatda sorğu-suala çəkildiyi zaman huşunu itirib və sonra Sepahın xəstəxanasında gözlərini açıbdır,” deyə əlavə edib.

Cənab Radmehr İranda prezident seçkilərinin yaxınlaşmasını son zamanlarda güneydə həbs dalğasının güclənməsinə nədən olan amillərdən biri olaraq qiymətləndirib. Onun dediklərinə görə, “Azərbaycan fəalları hər zaman seçkilərdən öncə açılan siyasi atmosferi öz sözlərini demək üçün bir fursət bir fursət kimi görürlər.”
XS
SM
MD
LG