Accessibility links

ABŞ-dakı Şimali Koreya insan haqları təşkilatı kiber hücumuna məruz qalıb


Baş qərargahı ABŞ paytaxtı Vaşinqtonda yerləşən Şimali Koreyada insan haklarının vəziyyətini izləyən təşkilatın bildirdiyinə görə hakerlər qurumun veb saytına hücum edib. Eyni gün Cənubi Koreyanın media təşkilatlarına və banklarına da hücumlar həyata keçirilib.

Təşkilatın direktoru Qreq Skarlatounun Amerkanın Səsinə dediyinə görə naməlum hakerlər Şimali Koreyada insan haqları pozuntularına dair məlumatları silərək təşkilatın veb saytının fəaliyyətini bir neçə saatlığına dondurub.

“25 nömrəli siyasi həbsxana düşərgəsinin peykdən çəkilmiş fotolarının yerinə “Hitman 007-Kingdom of Morocco” mesajını gördüm və bizim bütün nəşrlərimiz veb saytdan çıxarılmışdı.”-deyə Skarlatou bildirib.

O hücuma görə kimin məsuliyyət daşıdığını bilmir, ancaq deyir ki, sübutlar bunu Şimali Koreyaya bağlı qrupun etdiyini göstərir: “Hər şeydən əvvəl bizim təşkilat son 12 ildə fəaliyyətini Şimali Koreyada insan haqları ilə bağlı işlərə həsr edib. Biz yazılarımızı Yaxın Şərq, və ya dünyanın başqa ölkələrinə ünvanlamırıq. İkincisi, bu Cənubi Koreyada baş vermiş kütləvi kiber hücumları ilə eyni vaxtda baş verib.”

Cənubi Koreya rəsmiləri bank və media təşkilatlarına kiber hücumlarının Çin İP ünvanından olunduğunu deyib. Hazırda Seul Şimali Koreynın bunu Çin vasitəsilə edib-etmədiyinin təhqiqatını aparır.

Skarlatou həmçinin kiber hücumun Birləşmiş Millətlərin İnsan Haqları Şürasının Şimali Koreyada insan haqlarının vəziyyətini araşdıracaq komissiyanın qurulmasının ardından baş verdiyini deyib.

O deyib ki, təşkilat bu komissiyanın qurulması üçün təklif verən ilk qurum olub.

Bu ayın əvvəllərində BMT-nin Şimali Koreya üzrə xüsusi təhqiqatçısı Marzuki Darusman deyib ki, Pxenyan işgəncə, köləlik, oğurlanma və qətllər daxil olmaqla insanlığa qarşı cinayət törədir.

Şimali Koreya insan haqlarına qarşı törədilən təhqirləri inkar edir və bu kimi iddiaların hökümətə qarşı təxribat olduğunu deyir.
XS
SM
MD
LG