Accessibility links

İnsanların çoxu ABŞ xüsusi xidmət orqanlarının Kolumbiyada fahişələrlə olan qalmaqalını artıq unudmuşdular ki, son 24 saatda baş verən hadisə agentlik haqda xoşagəlməz xatirələri yenidən gündəmə gətirib.

Prezident Obama ilə İsraildə səyahətdə olan xüsusi xidmətinin agenti prezidentin avtomobilinə səhvən benzin yerinə dizel yanacaq doldurub. Gizli xidmətin sözcüsü Brayan Leri həmişə bütün səyahətlərdə bir neçə avtomobil və avtomobil ustası ilə səyahət etdiklərini deyib.

2006-ci ilin sentyabr ayında İran prezidenti Mahmud Əhmədinejad Nyu Yorkda Birləşmiş Millətlərin beynəlxalq qurultayında olarkən təhlükəli hadisə baş vermişdi. Xüsisi xidmət agenti silahını nizamlayarkən təsadüfən atəş açılıb. Bu hadisə Corc Buşun milli təhlükəsiz toplantısından bir gün əvvəl "Intercontinental" otelinin həyətində prezident Əhmədnejadın heyti ilə avtomobilə minərkən baş vermişdi və hamını vahiməyə salmışdı. Agent üzr istəmiş və Əhmədnecat başını çevirib avtomobilə minmişdi.

Bəlkə də ABŞ-ın İranın nüvə proqramı ilə bağlı problemlərin olduğu halda qeyri-hərbi sahədə məsələlərə həll tapmaq daha asan olar. Əgər təsadüfi atəş kimi hadisələr məsələləri pozmasa...

Show comments

XS
SM
MD
LG