Accessibility links

Qaradağ mahalında yerli əhali polislə toqquşub


Şərqi Azərbaycan vilayətinin Abış Əhməd bölgəsində "Motallı İstisuyu" mineral bulağının özəlləşməsinə qarşı etirazlar yenə də polis və əhali arasında toqquşmalara səbəb olub.

Əhrab News veb səhifəsinin martın 24-də yaydığı məlumata əsasən, polis və təqribən 300 yerli sakin arasında baş verən toqquşma nəticəsində, Motallı mineral bulağı üzərində tikilməkdə olan təsislərdəki gözətçi otağı və investisiya yatıran şirkətin maşınları yandırılıb.

Son bir ildə Motallı istisuyunun özəlləşməsinə qarşı etirazlar nəticəsində dəfələrlə polis və əhali arasında qarşıdurmalar yaranıb. 2012-ci ildəki toqquşmalarda polisin hücumu nəticəsində bir çox adamın yaralandığı bildirilmişdi.

Azərbaycan veb səhifələri İstisu təsislərinin investisiya yatıran şirkətin İran İnqilab Keşikçiləri Korpusuna (Sepah) aid olduğunu yazırlar. Özəlləşmədən sonra bölgə əhalisi mineral bulaqdan istifadə etmək üçün yüksək məbləğ ödəməyə məcbur olublar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG