Accessibility links

Amerika Birləşmiş Ştatlarının banilərindən olan Corc Vaşinqton çox istedadlı şəxsiyyət olub. Ölkənin birinci prezidentinin bacarıqlarından biri də onun özünəməxsus dadı ilə fərqlənən viski icad etməsi idi.

Bir vaxtlar Corc Vaşinqtonun evi olmuş və hazırda muzey kimi fəaliyyət göstərən Mount Vernon malikanəsi prezidentin orijinal reseptinə uyğun çovdar viskisini məhdud müddətə satışa çıxaracaq.

“İnsanlar qurucu babalara emosional tellərlə bağlılığı sevirlər. Hər bir vasitə - qida və ya içkinin onları bağlaması, onlar üçün maraqlı elementdir,” deyə Mount Vernonun sözcüsü Melissa Vud bildirir.

Mount Vernonun kuratoru Corc Vaşinqtonun 250 yaşlı və vaxtikən Amerikanın ən böyük içki istehsal edən sexini yeniləyib. 1799-cu ildə bu sexdə təxminən 11000 butulka viski istehsal olunub.

Ümumən 1110 butulka viskinin istehsal olunması nəzərdə tutulur. Viskilər aprel ayının 4-dən etibarən satışa cıxarılacaq. Hər butulkanın qiyməti $95 olacaq.

Viskinin tərkibi 60 faiz çovdar, 35 faiz qarğıdalı və 5 faiz arpadan ibarətdir
XS
SM
MD
LG