Accessibility links

ABŞ Dövlət Departamenti Azərbaycan hökumətinin ittihamlarına cavab verdi [Audio]


ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland

ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland

ABŞ Dövlət Departamentinin gündəlik brifinqində departamentin sözçüsü Viktoriya Nuland Amerikada qərargahlanan qeyri-hökumət təşkilatlarının Azərbaycan siyasətinə qarışdığına dair Azərbaycan hökumətinin irəli sürdüyü ittihamları cavablandırıb.


O, irəli sürülən ittiham haqda konkret informasiyaya malik olmadığını deyib. Xanım Nuland əlavə edib ki, ABŞ-da qərargahlanan QHT-lər qanun çərçivəsindən kənara çıxmırlar. “Bildiyiniz kimi, ABŞ-ın maliyyələşdirdiyi bütün demokratiya layihələri son dərəcə sərt qaydalar çərçivəsində fəaliyyət göstərirlər. Onlar konkret hansısa siyasi partiyanı, yaxud ideoloji xətti maliyyələşdirmirlər.”

Dövlət Departametninin rəsmisi əlavə edib ki, bu təşkilatlar yalnız demokratik seçki prosesinə və bütün siyasi spektr boyunca balanslı şəkildə partiya quruculuğuna maliyyə dəstəyi verirlər.

Bir neçə həftə öncə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev AzərTac xəbər saytına verdiyi müsahibədə ABŞ Milli Demokratiya İnstitutunun (NDI) Azərbaycandakı fəaliyyətlərini sual altına alıb.

Ramiz Mehdiyev

Ramiz Mehdiyev

Jurnalist Eynulla Fətullayevin Haqqın.az saytında dərc etdiyi məqaləyə istinad edərək cənab Mehdiyev NDI-ın Azərbaycanda inqilab hazırladığına dair iddiaların təsdiqləndiyi təqdirdə bu təşkilatla əməkdaşlığın dayandırlacağını deyib.

Eynulla Fətullayev haqqin.az saytında dərc etdiyi yazıda Amerikanın Milli Demokratiya İnstitutunu Azərbaycanda "Facebook inqilabı" planı hazırlamaqda ittiham edərək qurumun rəhbəri Aleks Qriqoryevsin belə bir "inqilabı" maliyyələşdirmək məqsədilə bank hesablarından 2 milyon dollar çəkdiyini iddia edib.

XS
SM
MD
LG