Accessibility links

Video

İbrahim İbrahimli: Bu toplumun inqilaba, hakimiyyətin əksinqilaba köklənməsinin göstəricisidir


İctimai Palatanın Koordinasiya Şurasının üzvü, istiqlalçı deputat İbrahim İbrahimli Amerikanın Səsinə müsahibəsində Naxçıvanda fiziki zorakılığa məruz qalması, bunun səbəbləri, sifarişçiləri barədə danışıb. İbrahimli fiziki təzyiqə məruz qalması ilə bağlı sifarişi siyasi rəhbərliyin verdiyini güman edir. “Ölkədə İlham Əliyevin, Prezident Administrasiyasının sifarişi olmadan kim belə iş görə bilər? Təbii ki, bu sıraya Vasif Talıbovu da əlavə etmək olar. Məni oğurlayanlar buyruq yerinə yetirənlərdir”, o qeyd edib. Onun fikrincə, ölkədə ictimai-siyasi durum gərginləşməkdə davam edir. Belə repressiyalar vəziyyəti bir qədər də gərginləşdirir. “Son dövrlər repressiv köhnə metodlar, üsullar daha kəskin xarakter alıb. Bu toplumun inqilaba köklənməsi, hakimiyyətin isə əksinqilaba köklənməsinin göstəricisidir. Bu Azərbaycan bütün bölgələrində, o cümlədən də Naxçıvanda baş verir”, o qeyd edib.

XS
SM
MD
LG