Accessibility links

Venesuelada qarşıdurmalar zamanı 7 adam öldürülüb


Venesuelanın baş prokurorunun bildirdiyinə görə, prezident seçkilərinin nəticələrinə etiraz edənlərin aksiyası zamanı 7 adam öldürülüb. Luisa Orteqa 61 adamın xəsarət aldığını, 135 nəfərin nəzarət altına alındığını bildirib.

Venesuelanın müxalifət lideri Henrike Kaprilesin qəzəbli tərəfdarları onun prezident seçkilərində məğlub olmasına etiraz əlaməti olaraq ikinci dəfə etiraz aksiyası keçirib.

Kaprilesin tərafdarları Karakas küçələri boyu etirazlarını qazan və tavalara vuraraq, zibil yeşiklərini yandıraraq bildirib və seçkilərin yenidən keçirilməsini tələb edib.

Polis nümayişi gözyaşardıcı qaz və rezin güllələrlə dagıdıb.

Müxalifətin etirazları bir neçə əsas şəhərlərdə də baş qaldırıb.

Etirazlar Venesuelanın seçki komissiyasının bazar günü keçirilən səsvermədə müvəqqəti prezident Nikolas Maduronun qələbəsini elan etməsi ilə başlayıb. Sabiq prezident Uqo Çavezin davamçısı olan Maduro seçkilərdə cüzi fərqlə (49.1-50.7) Kaprilesə qalib gəlib.
XS
SM
MD
LG