Accessibility links

Arif Kəskin: İran rəsmilərinin çoxu anti-türkdür [Audio]


Yaxın Şərq və İran üzrə tədqiqatçı Arif Kəskin İran İslam Respublikası rəsmiləri arasında anti-türk siyasətçilərin çoxluq təşkil etdiyini deyir. Türkiyədə strateji araşdırmalar mərkəzində çalışan ekspert Amerikanın Səsi ilə müsahibədə İran hökümətinin qarşıdan gələn prezident seçkiləri ilə bağlı siyasəti və İran Azərbaycanında anti-türk mövqeləri ilə tanınan namizədlər namizədlər Əli Əkbər Vilayəti, Qulaməli Həddad Adil və İsfəndiyar R. Məşayinin baxışları və onların ölkə siyasətindəki çəkilərini şərh edib.

Arif Kəskin: İran rəsmilərinin çoxu anti-türkdür
please wait

No media source currently available

0:00 0:14:31 0:00

“İran İslam Respublikası rəsmiləri arasında anti-türk olmayan adam zatən yoxdur. Ancaq bəziləri bunu açıqca bəyan edir və ciddi şəkildə inandıqlarına əməl edirlər,” deyə Arif Kəskin bildirib. O, prezident seçkilərində anti-türk mövqeyi ilə tanınan bir neçə siyasətçinin əsas namizədlər sırasında olduqlarının təsadüfi olmadığına inanır: “Artıq siyasi İslam cəmiyyət tərəfindən yaxşı qarşılanmır. Bu üzdən buna alternativ olaraq İrançılıq düşüncəsi də ortaya qoyulur.”

Arif Kəskin
Arif Kəskin
Ekspertin sözlərinə görə, İran rəhbəri Seyyid Əli Xameneyiyə yaxın fundamentalistlərin seçiklər ərəfəsində dəstəklədiyi üçlü ittifaqın iki üzvü olan rəhbərin müşaviri və sabiq Xarici İşlər Nazri Əli Əkbər Vilayəti və Fars dili və Ədəbiyyatı Akademiyasının sədri və keçmiş məclis başqanı Qulaməli Həddad Adilin İran siyasətində uzun keçmişləri və önəmli rolları vardır: “Əli Əkbər Vilayəyi İranda nizam deyilən dərin dövlətin bir parçasıdır. O 1980-dən bəri Xameneyinin yanında olub. Qulaməli Həddad Adil da rəhbərə çox yaxındır. Ölkə siyasətində önəmli rol oynayan rəhbərin oğlu Muctaba Xameneyi Hədad Adilin kürəkənidir.”

“Sovetlər Birliyi dağılanda İran rəsmilərinin arasında Azərbaycan Respublikası ilə bağlı iki fərqli fikir var idi. Bir qrup əhalisinin çoxu şiə olan Azərbaycana yaxınlaşmağı təklif edirdi, ancaq digər fikirin nümayəndələri İranın Moskvanın yanında olmasını istəyirdilər. Əli Əkbər Vilayəti Kremlə yaxın siyasət yürütmək istəyənlərdən biri idi,” deyə cənab Kəskin əlavə edir. Əli Əkbər Vilayəti Qarabağ münaqişəsi dönəmində İranın Xarici İşlər naziri idi. Bəzi siyasi müşahidəçilərin fikrincə, o, İranın həmin dövrdəki xarici siyasətini tənzimləyənlərdən biri idi və Ermənistanı Azərbaycan Respublikasına qarşı dəstəkləməkdə önəmli rol oynamışdı.

Azərbaycanlı ekspertin fikrincə, qeyri rəsmi olaraq Əhmədinejada yaxın ifrat fundamentalistlərin namizədi kimi tanınan İsfəndiyar Rəhim Məşayinin İrançılıq və milliyətçilik anlayışı Vilayəti və Hədad Adilin anlayışından fərqlidir: “Məşayi o birilərdən fəqli olaraq İran milliyətçiliyi və İslam dinini birləşdirmək istəyir.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG