Accessibility links

Boston polisinin verdiyi son məlumata görə şəhər marafonunda partlayış törətmiş iki qardaşdan sonuncusu nəzarət altına alınıb.

Cövhər Tsarnayev bir gecə qabaq Boston civarındakı Votertaun qəsəbəsində baş verən atışmadan sonra özəl evin arxa həyətində parçaya bürünmüş qayıqda gizlənibmiş. Ev sahibi həyətdə qan izlərini görəndən sonra kütləvi axtarışda olan polisə xəbər verib.

Bunun ardınca əraziyə çox sayda polislər gəlib və atəş səsləri eşidilib. Deyilənə görə Polislər səksəndirici qumbaralardan istifadə ediblər.

Daha sonra polis şübhəlini sağ ələ keçirmək üçün gözləmə mövqeyi tutub.

"Əllərini yuxarı qaldır, və polisə təslim ol!" deyə bir neçə dəfə polis 19 yaşlı Cövhər Tsarnayevə çağırış edib.

Aprelin 18-i gecə Cövhərin böyük qardaşı 26 yaşlı Tamerlan polislə atışmada aldığı güllə yaralarından ölüb.

Cövhər Tsarnayev yaxalandıqdan az sonra Bostonun mərkəzi meydanına toplaşan gənclər "USA! USA!" deyə qışqıraraq terror şübhəlisinin ələ keçirilməsini bayram ediblər.
XS
SM
MD
LG