Accessibility links

Afrika qitəsində fillər son illərin ən dərin böhranını yaşayır. Fil sümüyünə artan tələbat heyvanları köklərinin kəsilməsi təhlükəsi qarşısında qoyur. Bu ölkələrdən biri hər il minlərlə filini brakonyerlərə təslim edən Mozambikdir.

Mozambikin Niassa qoruğunda hələ 5 il əvvəl 15 min fil yaşayırdı. İndi isə onların sayının azaldığı müşahidə edilir. Brakonyerlər yüksək kaliberli silahlarla heyvanları məhv edir.

Vəhşi Həyatın Müdafiəsi Cəmiyyəti Mozambik hökuməti ilə bərabər qoruğun müdafiəsinə qalxıb.

Fillərin məhvinin öz texnikası var. Brakonyerlər əvvəlcə dişi filləri hədəf alır. Bu müvəqqəti qarışıqlıq yaradır. Dişi fillərin əmrini gözləyən və müxtəlif istiqamətlərdə hərəkət edən fillər bir-bir məhv edilir.

2009-cu ildə tələf edilən fillərin sayı 3 dəfə artmışdı. Bu, gündə 3, ildə 1000-dən artıq filin öldürülməsi deməkdir.

Qoruğa 40 rancer nəzarət edir. Lakin Norçevin ərazisi qədər bir sahəyə malik olan bu park üçün İkinci Dünya Müharibəsi dövrünün tüfəngləri ilə silahlanmış 40 müdafiəçi kifayət etmir.

Brakonyerlərin ələ keçirildiyi təqdirdə cəzalandırılması ehtimalı olduqca aşağırıdır. Belə ki, Mozambikin qanun məcəlləsi Portiqaliyanın müstəmləkəsi altında olduğu vaxtrdan dəyişməyib. Həmin məcəllədə brakonyerlik cinayət hesab edilmir.

BMT-nin hesabatına görə, Mozambikdə korrupsiya, yoxsulluq və zəif idarəçilik fil sümüklərinin qanunsuz şəkildə ölkədən çıxarılıb, Çin, Vyetnam və Taiıand kimi ölkələridə satışını asanlaşdırır.

Lakin vəziyyətin dəyişəcəyinə dair ümidlər var. Belə ki, heyvanların qanunsuz ovlanmasına dair qanun layihəsi yaxın zamanda Mozambik parlamentində müzakirəyə çıxarılmalı, ilin sonunadək Niassa qoruğu üçün əlavə 100 ranger təlimlərdən keçirilməlidir.
XS
SM
MD
LG