Accessibility links

Video

Hacınskinin evi 6 metr sürüşdürülüb


Bakıda Füzuli, 39 ünvanında yerləşən neft milyonçusu olmuş İsa bəy Hacınskinin 20-ci əsrin əvvəllərində tikilmiş üç mərtəbəli tarixi memarlıq abidəsi kimi qorunan evi aprelin 26-da 6 metrdən çox sürüşdürülüb. Binanın yerdəyişməsi əməliyyatını Hollandiyanın “Bresser Eurasia” şirkəti həyata keçirir. Sahə ustası Seymur Babayev Amerikanın Səsinə bildirib ki, bina 11 metrədək sürüşdürüləcək. “Sürüşdürülmə əməliyyatı bazaar günü aprelin 28-də başa çatacaq. Binanın köçürülməsi üçün 210 hidravlik qaldırıcı qurğu cəlb olunub, onların vasitəsilə bina 1,5 santimetr qaldırılaraq, yeni yerinə sürüşdürülür. Sürüşmə başa çatandan sonra divarlar tam yerə hopdurulacaq”, o qedy edib.

XS
SM
MD
LG