Accessibility links

Hərbi ekspert: Daxildən parçalanmış, təcrid olunmuş İran müharibəyə hazır deyil [Audio]


Babək Çələbyanlı

Babək Çələbyanlı

“İran xarici bir ölkə ilə muharibəyə gedərsə, Azərbaycan Türkləri İran-İraq savaşındakı kimi İran İslam Respublikasını dəstəkləməyəcəklər,” deyə Güneyli hərbi ekspert bildirir. Tehranın İmam Əli Hərbi Universitetinin məzunu, İran ordusunun keçmiş zabiti və Azərbaycan Milli Dirəniş Təşkilatının (AMDT) üzvü Babək Çələbyanlı Amerikanın Səsi (www.amerikaninsesi.org) ilə müsahibədə İran ordusunun hərbi gücü və ölkənin mümkün muharibəyə hazırlığı haqda danışıb.


Babək Çələbyanlının sözlərinə görə, İran ordusu dövlət rəsmilərinin mövqelərindən asılı olmayaraq, xarici ölkələr, o cümlədən Amerikanın hərbi hücumu ehtimalı ilə bağlı söhbətləri olduqca ciddi qarşılayır.

İran əsgərləri Ordu Günü paradında

İran əsgərləri Ordu Günü paradında

Hərbi ekspert son illərdə İran ordusunun asimmetrik savaş qabiliyyətini yüksəltmək istiqamətində vilayətlərdəki ordu sistemində ciddi dəyişikliklər aparmaqda olduğunu bildirir: “Asimmetrik savaş hərbi baxımdan tərəflərin biri çox güclü, biri isə zəif olduğu zaman baş verir. Amerika ordusu çox güclü olduğu üçün, İran ordusu bu növ savaş üçün hazırlıqlı olmaq istəyir... Misal üçün, müharibə əsnasında, Tehran və digər bölgələr arasında olan rabitə kəsildiyi təqdirdə, vilayətlərdəki ordu bölmələrinin mərkəzə ehtiyacları olmadan mütəqil şəkildə savaşa davam edə bilmələri üçün bəzi dəyişikliklər aparılır.”

İraqla müharibə zamanı inqilabi bir fəza və Xomeyni kimi xarizmatik lider var idi. Xalq yaxşı bir həyat üçün umudlu idi. Ancaq, indi vəziyət dəyişib. Azərbaycan Türkləri artıq İranı öz vətənləri olaraq görmürlər.
Cənab Çələbiyanlının fikrincə, İran höküməti bir xarici savaşa girməkdən çəkinsə də, ölkə içində bu barədə müəyyən gözləntinin yaranmasını istəyir. Onun dediklərinə görə, belə bir atmosfer İran İslam Respublikasına daxili böhranları idarə etmək fursəti verərdi.

Birləşmiş Ştatlarda mühacirətdə yaşayan ekspert İranın uzun sürən beynəlxalq sanksiyalarln nəticəsi olaraq yüksək hərbi qabiliyyətə malik olduğuna inanmır. Ətraf dünyadan təcrid olunmuş bir dövlət olaraq İranın müasir silahlara və texnikaya çıxışı ötən onilliklərdə kifayət qədər məhdudlaşıb. Bundan əlavə, İran daxilində kəskin narazılıqlar, siyasi parçalanma, etnik azlıqların mərkəzi hökumətə qəzəbi cəmiyyətdə ruh yüksəkliyini aradan qaldırıb. Belə bir acınacaqlı şəraitdə cənab Çələbyanlı İranın dövlət olaraq xarici savaş qarşısında müqavimət edəcək gücə sahib olduğunu güman etmir.

“İranın hərbi texnikasının görünüşü yaxşı ola bilər, ancaq qabiliyət və funksiya baxımından xarici nümunələrlə müqayisədə çox düşük bir səviyyədədir. Ordu içərisində savaş ruhiyyəsi mövcüd deyildir. İranın Ordusu və İnqilab Keşikçiləri (Sepah) arasında da ciddi ixtilaf vardır. Ayrıca, heç bir ölkə xalqının dəstəyi olmadan hər hansı savaşı qazana bilməz,”-deyə, o, söyləyir.

Ekspert onu da qeyd edib ki, bir vaxtlar səkkiz illik İran-Iraq müharibəsində İran tərəfində vuruşmuş Azərbaycan Türkləri hüquqlarının tapdandığı bir dövlət uğrunda silaha sarılmayacaqlar. Bu mənada Çələbyanlı indiki durumda Azərbaycan Türklərinin İran İslam Respublikasına loyallığını sual altına alır. “İraqla müharibə zamanı inqilabi bir fəza və Xomeyni kimi xarizmatik lider var idi. Xalq yaxşı bir həyat üçün umudlu idi. Ancaq, indi vəziyət dəyişib. Azərbaycan Türkləri artıq İranı öz vətənləri olaraq görmürlər.”
XS
SM
MD
LG