Accessibility links

Peyc Aleksandr: Amacımız Azərbaycanda insanların rifahını yaxşılaşdırmaqdır [Video]


USAID Azərbaycanda nə edir?
please wait

No media source currently available

0:00 0:06:47 0:00

USAID Azərbaycanda nə edir?

USAID Proqramının Avrasiya üzrə Administrator Assistenti Peyc Aleksandr bu günlərdə Amerikanın Səsinin qonağı olub. Xanım Aleksandr təmsil etdiyi qurumun Azərbaycandakı fəaliyyətləri barədə sualları cavablandırıb.

Sual: Biz tez-tez USAID və onun müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda fəaliyyətləri haqda eşidirik. Bizə bu qurumun missiyası və hədəfləri haqda nə məlumat verə bilərsiniz?

Cavab: USAID iki başlıca qayə üzrə fəaliyyət göstərir. Birinci məqsədimiz Amerika dəyərlərini xaricə apararaq orada insanların rifahını yaxşılaşdırmağa yardım etməkdir. Ümumi hədəf növbəti 20 ildə yoxsulluğun qarşısını almaqdır. Azərbaycan kimi ölkələrə gəldikdə isə, bu başlıca hədəf deyil. 21 milyard dollarlıq büdcəyə malik təşkilat olaraq USAID-nin prioriteti əhəmiyyət kəsb edən “Gələcəyi Yedizdirək” proqramı, qlobal iqlim dəyişikliyi and kənd təssərrüfatı kimi məsələlərlə məşğul olmaqdır. Bunlar hamısı ölkələrin özlərini saxlaya bilən demokratik dövlətə çevrilmələri istiqamətində mühüm elementlərdir.

Sual:USAID Azərbaycanda əsas üç sahədə proramlar həyata keçirir – iqtisadi inkişaf, demokratik idarəçilik və səhiyyə. 2013-cü ildə hər sektor üçün nə qədər vəsait ayrılıb?

Cavab: USAID 1991-ci ildən bəri Azərbaycanda fəaliyyət göstərir və bu əməliyyatlar ilk öncə humanitar yardım qismində başlanıb. 2002-ci ildə artq biz Azərbaycanı iqtisadi artım, demokratiya və idarəçilik proramları portfoliosuna keçirdik. 2013-cü ildə USAID Aərbaycanda 10 milyon dollar həcmində proqramlar həyata keçirəcək. Təəssüf ki, biz artıq səhiyyə sektorunda fəaliyyət göstərmirik. Belə ki, Azərbaycan bu sahədə vəzifələrin öhdəsindən gəldiyi üçün bu sektorla yalnız dövlət məşğul olur.

Sual: Yerli müşahidəçilər deyirlər ki, USAID əsasən hökumətpərəst yaxud hökumət təşkilatarını maliyyələşdirir. Bu ittihama necə cavab verərdiniz?

Cavab: Bilirsiz, USAID-nin məqsədi müxtəlif təbəqədən olan iştirakçıları maliyyələşdirməkdir. Məqsədimiz insanların icmada aktiv ola bilmələrini təmin etmək üçün onların hüquqi prosesdə iştirakına nail olmadqdır. Ümumiyyətlə yaxşı olardı ki, nə vaxtsa biz o nöqtəyə çataq ki, orada layihələr hökumət və qeyri-hökumət kateqoriyalarına deyil, birgə əməkdaşlığa əsasən dəyərləndirilsin. Bu işin mahiyyəti elədir ki, çox vaxt layihələrin həyata keçirilməsi hökumətlə əməkdaşlığa bağlıdır. Fəaliyyətimizin 60 faizi demokratiya və özünü-idarəçiliyə aiddir. Biz bunlardan bəzilərini hökumətlə çiyin-çiyinə işləməklə həyata keçiririrk. Bu həm də bizə imkan verir ki, fəaliyyətimiz düzgün səviyyədə eşidilsin.

Sual: Sizin təşkilatınız Azərbaycan Hüquqşünaslar Assosiasiyası ilə 1.5 milyon ABŞ dolları məbləğində layihə üzrə razılıq imzalayıb. Bu layihənin ictimai faydalılığı nədir?

Cavab: Azərbaycanda hüquqi konsorsium deyilən bir qurum var ki, bunu Azərbaycan Hüquq Konferedarasiyası idarə edir. Əsas hədəf hökumətlə cəmiyyət arasındakı təmasları təmin etməkdir. Bizim ALC adlandırdığımız bu proqram ictimai hüquqi yardıma dair qanunun qəbul edilməsində faydalı rol oynayır. Mən ilk öncə təəccüblənmişdim ki, Azərbaycanda yoxsul zümrələrə pulsuz hüquqi məsləhət verilmir. Söhbət burada ən yoxsul zümrədən gedir. Mən bildiyimə görə parlamentdə artıq bu qanunun biricni oxunuşu olub. Habelə bu konsorsium Xəzər Universiteti vasitəsilə insan haqları üzrə hüquqşünasların növbəti nəslini yetişdirəcək. Ölkə üçün istər daxildə istərsə də xaricdə bu sektorda insanların təlim keçmələri vacibdir. Biz bu qrupun fəaliyətinə nəzarət edirik və ümid edirik ki, o öz işində müvəffəq olacaq.

Sual: Beynəlxalq təşkilatlar Azərbaycanda əsasən demokratiya, insan hüquqları, ədalətli və azad seçki, söz azadlığı sahəsində problemlər barədə həyəcanlı xəbərlər yayır. Bu sahələrdə Amerika Dövlət Departamentinin hesabatları da ibrətvericidir. USAID necə, bu sahələrdə problemlərin liberallaşdırılması istiqamətində hansı layihələri həyata keçirir. Bu layihələr USAID-nin illik qrant layihələrinə ayrılan maliyyə vəsaitinin neçə faizini təşkil edir?

Cavab: Biz demokratiya və idarıçiliyə 6 milyon dollar xərcləyirik. Bizim əsas üç məqsədimiz var: vətəndaşların hökumətdə iştirakı, sivil cəmiyyətin aktivliyi və vətəndaşlara müstəqil media, ədliyyə və parlamentin işini izah etmək. Əsas funksiyamız informasiya axınını təmin etməkdir. Biz istəyirk ki, hər iki tərəf– təlabat və təchizat bri-birini eşidə bilsinlər.

Sual: Yerli medianın məlumatına görə, Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə də layihə imzalanacaq. Bu layihə nədən ibarət olacaq?

Cavab: Mən bu yaxınlarda Bakıda olarkən imzalama mərasimində iştirak etməkdən məmnunluq duydum. Bu layihə sosial-iqtisadi inkişafa yönəlib. Bu layihənin maliyyə dəyəri 14 milyon dollar təşkil edir ki, bunun yarısını biz, yarısını isə Azərbaycan hökuməti növbəti beş il ərzində maliyyələşdirəcək. Məqsəd konkret icma layihələri həyata keçirməkdir. Məsələn, mən səfərimin bir hissəsi olaraq Qubaya getdim. Orada layihə çərçivəsində çəkilən asfalt yolu nəzrdən keçirdik. Layihədə iştirak etmiş yerli sakinlərlə görüşdürk. Onların orta yaşı 60 olardı. Onlar çox sevinirdilər ki, bu yolun tikilməsi övladlarının məktəbə sərbəst-gediş gəlişinə yardm edəcək. Demokratiya belə işləyir. İcma istədiyi layihələri həyata keçirmək üçün fəaliyyətə qoşulur. Bunu hökumətlə əməkdaşlıq etmədən həyata keçirmək mümkün deyil. Konkret olaraq bu proqram maraqlıdır və mən bunun həyata keçməsinə şadam.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG