Accessibility links

Cavid Təbrizli: Təbrizdə konsert vermək ümidi ilə yaşayıram! [Audio & Video]


Təqribən 30 ildir doğma şəhərindən uzaqda yaşayan tanınmış müğənni bir ümidlə yaşayır - Təbrizdə konsert vermək ümidi. Türkiyə paytaxtı Ankarada yaşayan güneyli müğənni Cavid Təbrizli Amerikanın Səsi ilə söhbətdə öz sənəti, Təbrizdən Türkiyəyə mühacirətinin səbəbləri və İran İslam hökumətinin Azərbaycan musiqisinə qarşı basqıları və məhdudiyətləri haqda danışıb.

Cavid Təbrizli: Mahnılarda “sevgi” və “eşq” sözlərini yasaq etdilər
please wait

No media source currently available

0:00 0:14:38 0:00
Direct link

Yeniyetmə çağlarından atasının tövsiyəsi ilə musiqi fəaliyyətinə başlayan Təbrizli sənətçinin əsas ustadı AyrılıqSizə Salam Gətirmişəm mahnılarının müəllifi mərhum Əli Səlimi olub.

İran sərhədləri içərisində həmişə bu çətinliklər olub. Şah dönəmində nisbi azadlıqlar var idi, ancaq İslam İnqilabından sonra bir çox qadağalar tətbiq edildi. Mahnılarda “sevgi” və “eşq” sözlərini işlətməyi yasaq etdilər. Bu arada, Azərbaycan musiqisinə ikiqat basqı gəldi, çünkü bu həm də başqa bir dildə idi.
Cavid Təbrizli həm şah dövrü, həm İslam hökuməti dönəmində Azərbaycan musiqisi və musiqi xadimlərinin məhdudiyyətlər və çətinliklərlə üzləşdiklərini, ancaq 1979-cu il inqilabından sonra təzyiqlərin kəskinləşdiyini deyir: “İran sərhədləri içərisində həmişə bu çətinliklər olub. Şah dönəmində nisbi azadlıqlar var idi, ancaq İslam İnqilabından sonra bir çox qadağalar tətbiq edildi. Mahnılarda “sevgi” və “eşq” sözlərini işlətməyi yasaq etdilər. Bu arada, Azərbaycan musiqisinə ikiqat basqı gəldi, çünkü bu həm də başqa bir dildə idi.”

1984-cü ildə Təbrizi tərk edən musiqiçi onun sənətinə Türkiyədə yüksək qiymət verildiyini və Türkiyə cəmiyyəti və rəsmiləri tərəfindən çox yaxşı qarşılandığını deyir.
Türkiyənin o dönəmdəki baş naziri mərhum Turqut Özalın xüsusi diqqətini cəlb edən müğənninin sözlərinə görə, o, 1986-cı ildə Bolqaristan Türkü olan dünya şöhrətli idmançı Naim Süleymanoğlu ilə birlikdə , ümumi prosedurlardan fərqli olaraq sırf bu iki nəfər üçün çıxarılan bir qanunla Türkiyə vətəndaşlığı alıb.

Təqribən otuz ildir doğma şəhəri Təbrizdən uzaq düşmüş müğənni deyir: “Bir gün mütləq Təbrizə gedəcəyəm. Təbrizdə konsert verəcəyəm.”

XS
SM
MD
LG