Accessibility links

Video

Vəkil: Müsavatçıların həbsi qanunsuz, ittihamı saxtadır


Mayın 10-da Xudat şəhərində (Bakıdan 184 kilometr şimal) Sərhəd Qoşunlarının hərbi hissə komandiri Rövşən Səfərovun xidməti avtomobili yerli sakinlərdən birinin avtomobili ilə toqquşub. Yerli əhali hərbi hissə komandirinin davranışına etiraz edib və məlumatlar sosial şəbəkələrdə yayılıb. Nəhayətdə Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrah, partiya fəalları Fikrət Əliyev, Ələddin Mirzəyev və bitərəf Nüsrət Qarayev inzibati qaydada 10 sutka həbs edilib. “Heybət Əmrahı gecə saat 4-də evindən aparıblar. O aksiyada iştirak etməyib. Onu aksiya barədə informasiya yaydığına görə həbs ediblər“, o qeyd edib. Fəalların harada saxlanması barədə də vəkilə məlumat verilməyib.

XS
SM
MD
LG