Accessibility links

Video

Rəşid Hacılı: Qanuna dəyişiklik həyəcan doğuran xaotik əhval-ruhiyyədən irəli gəlir


Azərbaycan Milli Məclisinin diffamasiya haqqında cinayət qanunvericiliyini İnternetə şamil etmək qərarını kəskin tənqid edib. "Hökumət ötən il Avropa Şurasının Venesiya Komissiyasına diffamasiya haqqında qanunun hazırlanması ilə bağlı rəy almaq üçün müraciət edib. Müraciəti Prezident Administrasiyasının rəhbəri imzalayıb. Sənəddə deyilir ki, CM 147, 148-ci maddələri bir neçə ildir tətbiq olunmur və bundan sonra da tətbiq olunmaması üçün tədbirlər görülür. Bunlardan sonra qanuna belə dəyişikliklər edilməsi hansısa həyəcan doğuran xaotik əhval-ruhiyyədən irəli gəlir", o qeyd edib. Hacılı hesab edir ki, bBu daha çox son dövrlər yüksələn ictimai fəallıqla bağlıdır. "İctimai fəallıq da təbii ki, ifadə azadlığında, xüsusilə də internet üzərindən yayılan məlumatlarda özünü göstərir. İnternet mediadan fərqli olaraq hər bir vətəndaşa fikrini azad ifadə etmək imkanı verir. İctimai fəallıq artdıqca da insanların da internetdə fəallığı artır. Bu bir çoxlarında qorxu yaradır, narahatlıq yaradır ki, fəallığın artması nəticə etibarı ilə prezident seçkilərində öz uğuruna inanmayan, şübhə doğuran şəxslər üçün hansı nəticələr yarada bilər".

XS
SM
MD
LG