Accessibility links

ABŞ vergi idarəsinin "səfeh səhvləri"


ABŞ vergi agentliyinin sabiq rəhbəri prezident Barak Obamanın vergi və xərcləmə siyasətinə qarşı çıxan mühafizəkar siyasi qurumların süründürməçiliyə məruz qalmasını “səfeh səhvlər” adlandırıb.

Daxili Gəlir Xİdmətinin (IRS) əvəzləyici kommissarı olmuş və bu həftə cənab Obamanın vəzifədən azad etdiyi Steven Miller Konqres paneli qarşısındakı çıxışında agentlikdə tərəfgirliyə və hətta tərəfgirliyin görüntüsünə yer olmadığını deyib.

O, IRS-in vergidən azad edilmək üçün xüsusi status istəyən 300-ə yaxın mühafizəkar təşkilatın son üç ildə təhqiq edilməsində oynadığı rola görə üzr istəyib. Bu təhqiqatlar uzun yubanmalarla müşayiət olunub, ancaq Miller baş verənlərin siyasi motivli olmadığını israr edir:

“Hesab edirəm ki, baş verənlər işin səmərəliliyini artırmağa çalışan adamların səfeh səhvləri olub.”

Cümə günü keçirilən dinləmələrdə həm Respublikaçı həm də Demokrat qanunvericilər IRS-in taktikalarını sərt tənqid etmiş və mühafizəkar qrupların niyə hədəf alındığını sual etmişlər.
XS
SM
MD
LG