Accessibility links


ABŞ prezidenti Barak Obama Nyu Cersi ştatında yeddi ay bundan əvvəl Sendi qasırğasının nəticələrinin aradan qaldırılması səyləri ilə tanış olub. Cənab Obama hələ çox iş görülməli olduğunu deyib.

ABŞ prezidenti Nyu Cersi ştatının qubernatoru Kris Kristi ilə yeni açılmış bəzi mağazalar və restoranlara baş çəkib, sahil gəzintində olub.

Cənab Obama deyib ki, Nyu Cersi sakinləri qasırğadan daha güclü olduğunu sübut edərək, populyar turist məkanında turistləri qəbul etməyə tam hazır olduğunu nümayiş etdirir.

ABŞ-ın şimal-şərq bölgələrində baş vermiş Sendi qasırğası nəticəsində 125 adam həyatını itirmiş, minlərlə ev və biznes idarələrinə zərər dəyimişdir.

ABŞ-ın Milli Okeanoqrafiya və Atmosfer idarəsinin rəsmiləri bildiriblər ki, Birləşmiş Ştatlar şənbə günü başlayacaq olduqca aktiv və güclü qasırğa mövsümünə hazır olmalıdır.
XS
SM
MD
LG