Accessibility links

Babək Çələbiyanlı: Güney mediasının imkanları məhduddur [Audio]


Babək Çələbyanlı

Babək Çələbyanlı

Azərbaycan Milli Dirəniş Təşkilatının (AMDT) ictimai əlaqələr üzrə məsulu və Araz News saytının redaktoru Babək Çələbiyanlı Amerikanın Səsinə müsahibədə İran Azərbaycanı mediasında qarşıdan gələn prezident seçkilərinin işıqlandırılmasını şərh edib.

“Güney Azərbaycan mediasının vəzifəsi informasiya yaymaqdan əlavə, ana dilimiz və hüquqlarımızı qorumaqdır. Güney Azərbaycan Milli Hərəkati və ona mənsub olan media seçkilər və ölkənin daxili və xarici siyasəti kimi məsələlərə bu əsasda yer verirlər,” deyə cənab Çələbiyanlı bildirib.


Onun sözlərinə görə, seçkilər zamanı media İran rejimi və ya namizədlərin Güney Azərbaycanla bağlı mövqelərini əks etdirməyə çalışır.

Babək Çələbiyanlı həmçinin İranda prezidentliyə namizədlərin Azərbaycan şəhərlərinə səfərlərində etdiyi çıxışlar, milli hüquqlar və ana dili ilə bağlı mövqelərinin Azərbaycan veb səhifələri tərəfindən yayılmasına işarə edib.

Araz News saytının redaktorunun fikrincə, informasiya yaymaq baxımından İranda farsdilli mediaya alternativ halına gəlmək üçün lazım olan imkanlar İran Azərbaycanı mediasında mövcüd deyil. Ancaq Urmiyə Gölü ətrafında baş qaldıran etirazlar və başqa mühüm olaylarda güney mediası xalqı səfərbər edə bilib və bu da həmin medianın potensialından xəbər verir.
XS
SM
MD
LG