Accessibility links


Azərbaycan veb səhifələrinin yaydığı məlumata istinadən, üç ildən artıq Təbriz zindanında həbsdə saxlandıqdan sonra iyunun 18-də şərti olaraq azadlığa buraxılan gənc azərbaycanlı fəal Fərdin Muradpur iyunun 19-da İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin İzə şəhərinə sürgün edilib.

“Fərdin Muradpur Təbriz zindanından azad olduqdan sonra, Taliqani Polis Məntəqəsinə aparılıb. İran polisinin məmurları ertəsi gün onun əlləri və ayaqlarını zəncirlə bağlayaraq, bir illik sürgündə yaşamaq hökmünün icrası üçün Xuzistanın İzə şəhərinə yola salıblar,”-deyə Araz News veb səhifəsi bildirib.

Təbrizli fəal 2009-cu il mayın 22-də üç il ondan əvvəl İranın Azərbaycan şəhərlərində baş verən kütləvi etirazların ildönümündə keçirilən aksiyalar zamanı Təbrizin El-Gölü parkında polis məmurlarının açdığı atəş nəticəsində iki güllə yarası almış və saxlanmışdı.
XS
SM
MD
LG