Accessibility links

ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatlarda və bütün dünyada iqlim dəyişikliyinin təsirlərini aradan qaldırmaq üçün yeni siyasi kurs götürməyə çağırıb.

Vaşinqtonda iqlim siyasəti ilə bağlı islahatları açıqlayan cənab Obama ətraf mühit və iqtisadi məsələlərdə Konqresdə siyasi opponentləri ilə qanunvericiliyin qəbul edilməsində mübahisələri ötərək, özü bir sıra sərəncamlar verib,

ABŞ lideri deyib ki, qlobal istiləşməyə insanların təsir göstərməsi ilə bağlı debat bitib və indi artıq iş görmək vaxtıdır.

Cənab Obama deyib ki, Kanadadan ABŞ-ın Meksiko körfəzi sahillərindəki neftayırma zavodlarına neftin nəqlini nəzərdə tutan Kiistoun (Keastone) neft kəməri ilə bağlı mübahisəli kəmərin inşası qlobal istiləşməyə səbəb olmayacağı təqdirdə inşa ediləcək.


Cənab Obama çıxışında qlobal iqlim dəyişikliyi ilə siyasət məsələsində başqa ölkələrlə əməkdaşlığa çağırıb.
XS
SM
MD
LG