Accessibility links

Azərbaycanda hərbi parad


Azərbaycanda hərbi parad
please wait

No media source currently available

0:00 0:05:05 0:00

Iyunun 26-da Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur. Silahlı Qüvvələr Günü münasibətilə “Azadlıq” meydanında 5 mindən çox şəxsi heyətin iştirakı ilə hərbi parad keçirilib. Paradda bütün növ texnika və qoşun nümayiş etdirilib. İlk dəfə olaraq paradda son dövrdə ordunun sərəncamına daxil olan yeni silah və hərbi texnika sistemi nümayiş etdirilib: T-90S tankı, “Tor” 9K330 zenit-raket kompleksləri, 2S19 “Msta-S” özüyeriyən qaubitsa, TR-300 raket sistemi, TOC 1 yaylım atəşli reaktiv sistem, həmçinin “Pion”, “Qvozdika” və digər artilleriya sistemləri çıxarılıb. Bundan əlavə, ilk dəfə olaraq paradda Mi-35M hərbi vertolyotları nümayiş etdirilib. Parada yerli istehsallı hərbi texnika da çıxarılıb: xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulmuş “Gürzə” və “Kobra” zirehli patrul maşınları. Bundan əlavə, “Maral” və “Maral-1” zirehli maşınlar, “Qaranquş” və “Şahin” pilotsuz uçan aparatlar, 82 mm. kalibrli özüyeriyən minomyotlar nümayiş etdirilib. Həmçinin parada “Toçka U” raket sistemi, “C-300” kompleksləri çıxarılıb. Səmada uçuşları Azərbaycan Hərbi Hava Qqvvələrinion MİQ 29 və SU-25 təyyarələri həyata keçiriblər, Bakı buxtasında Hərbi Dəniz Qüvvələrinin gəmiləri üzüb.

XS
SM
MD
LG