Accessibility links

ARDNŞ-nin prezidenti Azərbaycanın qaz strategiyası barədə


ARDNŞ-nin prezidenti Azərbaycanın qaz strategiyası barədə
please wait

No media source currently available

0:00 0:04:37 0:00

Şahdəniz” konsorsiumu “Şahdəniz” Mərhələ 2 layihəsindən hasil ediləcək qaz həcmlərini Yunanıstan, İtaliya və cənubi-şərqi Avropadakı müştərilərə çatdırmaq üçün Transadriatik Boru Kəmərinin (TAP) seçildiyini rəsmən bəyan edib. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan qazı Avropaya nəql edilməklə Cənub Qaz Dəhlizinin reallaşmasına imkan yaradacaq. “Bu, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsidir, Trans Anadolu Boru Kəmərinin və Trans Adriatik Boru Kəməri layihəsinin işlənilməsi ilə genişləndiriləcək”. Abdullayevin dediyinə görə, “Şahdəniz” konsorsiumu qazı cənubi-şərqi Avropa boyunca çox sayda ölkələrə çatdırmaq üçün Avropanın birləşdirici boru kəməri layihələri ilə işləməyi planlaşdırır. “Ümidvarıq ki, tərəfdaşlar bu il “Şahdəniz” Mərhələ 2 layihəsinə dair yekun investisiya qərarı verəcək”, o qeyd edib. ARDNŞ prezidenti bildirib ki, Azəri-Çıraq-Günəşlinin dərin hissəsindəki qaz ehtiyatları, Abşeron, Ümid və Şərqi-Asiman kimi yataqlar işlənildikcə Azərbaycanın qaz ixracı çox artacaq və bu qaz üçün təbii bazar kimi Avstriya istiqamətində boru kəməri marşrutunu görür.

XS
SM
MD
LG