Accessibility links

“Güney Azərbaycan qadın hərəkati müstəqil olmalı və qadınlar tərəfindən istiqamətləndirilməlidir,”deyə qadın haqları fəalı Əzra Azəri söyləyir. Azərbaycanlı fəal güneydə qadın hərəkatı və onun milli hərəkatla əlaqəsi barədə Amerikanın Səsinə müsahibə verib.


“İctimai hərəkat üç mərhələdə inkişaf edər; oyanış, dirçəliş və təşkilatlanma,”deyə vurğulayan Əzra Azərinin fikrincə İran Azərbaycanında qadın hərəkatı oyanış mərhələsində cərəyan etməkdədir. Onun dediklərinə görə, güneydəki qadın hərəkatı Güney Azərbaycan Milli Hərəkatı və İran qadın hərəkatı kimi cərəyanlardan müstəqil olaraq formalaşmalıdır.

Güney Azərbaycan milli hərəkatında sözdə olmuşsa da qadına hörmətlə yanaşılır. Ancaq bu əməldə də özünü göstərməlidir.
“Azərbaycan qadınlarının İran qadın hərəkatında və qadın hüquqları uğrunda fəaliyyətlərdə böyük rolu olub. Ancaq onlar öz milli və etnik kimlikləri ilə bu hərəkata qatılmayıblar,” deyə qadın haqları müdafiəçisi qeyd edir: “Milli hərəkat millətin demokratik hüquqları uğrunda mübarizə aparırsa, cəmiyyətdəki bütün qruplar, o cümlədən qadınların da hüquqlarını müdafiə etməlidir.” Əzra xanım həmçinin güneydəki milli hərəkatın qadınlar və qadın hüquqlarına yetərincə önəm vermədiyini irəli sürür.

Hazırda İsveçdə mühacir həyatı yaşayan güneyli fəal qadınların mövqeyinə təkcə sözdə deyil, həmçinin real əməldə hörmət edilməsinin, onların siyasi prosesə qoşulmasının vacibliyini önə çəkib: “Güney Azərbaycan milli hərəkatında sözdə olmuşsa da qadına hörmətlə yanaşılır. Ancaq bu əməldə də özünü göstərməlidir. Hərəkat mübarizənin hər bir addımında qadın perpektivini də nəzərdə almalıdır.”

Əzra Azəri həmçinin güneyli kişilərin qadın hərəkatında hansı şəkildə rol ala biləcəkləri ilə bağlı fikirlərini Amerikanın Səsi ilə paylaşıb: “Kişilərin qadın hərəkatına qatılması çox müsbət və dəyərlidir, amma onların nəzərriyəçı ya rəhbər olaraq rol almaları doğru deyil. Qadın hərəkatı müstəqil olmalı və qadınların rəhbərliyi ilə istiqamətləndirilməlidir.”

Toplumda qadına olan baxışı dəyişib və cəmiyyətə qadın hüquqlarını əsas tutan bir baxışı aşılamaq lazimdir.
Əslən Təbrizdən olan fəal cəmiyyətin qadınlara ənənəvi münasibətini də qismən problematik sayır. Onun fikrincə “toplumda qadına olan baxışı dəyişib və cəmiyyətə qadın hüquqlarını əsas tutan bir baxışı aşılamaq lazimdir.” Əzra Azəri hesab edir ki, qadın ictimai mühitdən uzaqda saxlandığı üçün özünə inamı azdır. Buna görə də cəmiyyətdə qadınlar üçün müsbət ayrıseçkiliklər nəzərdə tutulmalıdır.

Show comments

XS
SM
MD
LG