Accessibility links

Dünyada küçələrdə yaşayıb, işləyən milyonlarla uşaq var. Son araşdırmaların nəticələri narkotik maddələrdən istifadə etmələri onların vəziyyətinin ağırlaşdığını göstərib.

“Addiction” – “Asılılıq” jurnalında 22 ölkədə aparılan 50 araşdırmanın nəticələrindən söz açılıb. Nəticələr onu görtərib ki, narkotik maddələrdən istifadə epidemiya şəklini alıb və sağlamlığa ciddi təhlükələr yaratmaqdadır.

Keniyada işləyən doktor Pola Breytşteyn araşdırmalardan birinin müəllifidir. O, özünün və həmkarlarının küçələrdə yaşayan uşaqların narkotiklərə alışqanlığı barədə araşdırma apardıqlarını belə izah edir. “Bizim çoxumuz Eldoretdə yaşayıb, işləyirik və biz Eldoret küçələrində hər gün içərisində yapışqan butulkaları iyləyən yeniyetmələr, yaşlılar, hətta kiçik yaşlı uşaqlar görürük. Doğrudan da onları Kenya boyu və Afrikanın bir çox ölkəsində görmək olar. Mən epidemioloqam və gənclərin sağlamlığı məni narahat edir.”

Breitşteyn İndiana universitetinin Tibb fakültəsinin professorudur. O, küçə uşaqlarının narkotik maddələrdən istifadəsinə dair çox az araşdırma aparıldığını və keçmiş araşdırmalara ehtiyac olduğunu deyir. “Uçaqların 60 faizinin məhdud şəraitdə müxtəlif maddələrdən istifadə etməsi bizi təəcübləndirir. Onların 50 faizi yapışqan, rəng və buna bənzər maddələri iyləyir.”

Bunlar üçün tozlama, iyləmə, bağlama kimi müxtəlif jarqonlar var. Daha ucuz olduğu üçün küçə uşaqlarına bu maddələri əldə etmək asan olur.

Araşdırmalar küçə uşaqlarının spirtli içkilər, tütün və maruxuanadan da istifadə etdiklərini göstərib.

Yüksək gəlirli ölkələrdə isə heroin də daxil edilməklə, narkotiklərin iynə yolu ilə qəbul edilməsi daha populyardır. Narkotiklərin iynə yolu ilə qəbul edilməsi isə QİCS xəstəliyinə yoluxma riskini artırır.

Narkotikə aludə olan küçə uşaqlarının cəmiyyətə yenidən qayıtması isə çətindir. Tədqiqiatçılar araşdırmaların siyasətçilər, GHT-lər və Ümumdünya Səhiyyə Təşkilatı üçün həyəcan təbili olduğunu deyir.
XS
SM
MD
LG