Accessibility links

Ağ Ev Konqresdə Suriyaya silah yardımı ilə bağlı narahatlıqları ünvanlamağa çalışır


A Free Syrian Army fighter aims his weapon as he takes position inside a house in the city of Aleppo July 11, 2013.

A Free Syrian Army fighter aims his weapon as he takes position inside a house in the city of Aleppo July 11, 2013.

Ağ Ev ABŞ qanunvericilərinin prezident Barak Obamanın iyun ayında Suriyada üsyançı qüvvələrə silah göndərilməsi haqda qərarı ilə bağlı narahatlıqlarını ünvanlamaq istiqamətində işi davam etdirdiyini bildirib.

Konqresdə prezident Obamanın Suriya Azadlıq ordusuna kiçik silahlar və hərbi təchizat göndərmək planı ilə bağlı naratlıqların mövcud olduğu haqda Washington Post qəzeti və başqa media orqanlarında məlumat verilib.

Ağ Ev hərbi yardımın verilməsini ABŞ-ın Suriya prezidenti Bəşar Əl-Əsəd rejiminin keçən il bir neçə dəfə müxalifətə qarşı kimyəvi silahlardan istifadə etdiyini müəyyən etdikdən sonra iyun ayında elan etmişdi.

Rəsmilər Konqresdə narahatlıqların detalları barədə ictimaiyyət qarşısında danışmaqdan imtina edir. Şərhlər Əsəd rejimi və onun Hizbullah və İran kimi müttəfiqlərinə qarşı mübarizə aparan üsyançılara dəstəyin nə dərəcədə əhəmiyyət daşıdığını görməyə imkan verir.

Ağ evin sözçüsü Cey Karni administrasiyanın Konqresdəki narahatlıqların ünvanlanması üçün qanunvericilərlə işin davam etdirildiyini deyib. O, silah yardımının göndərilməsi ilə bağlı detalları müzakirə etməkdən imtina etsə də, belə görünür, administrasiyanın Konqresə müraciətini çatdırmağa çalışıb:”Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla Suriya müxalifətinin Suriya xalqının maraqları və Suriyanın gələcəyi ilə bağlı bizim fikrimizcə, ən düzgün baxışa malik elementlərinin gücləndirilməsi üzərində işləyirik.”

Cümə axşamı Suriya Müxalifət Koalisiyası ABŞ Konqresində bəzi nümayəndələrin Suriya Azadlıq ordusuna yeni dəstəyi gecikdirə biləcəyi ilə bağlı narahatlığını bildirib.

Koalisiya ABŞ Konqresində naharatlılqarı ünvanlamağa çalışaraq, açıqladığı bəyanatda silahların ekstremistlərin əlinə düşməməsi üçün mümkün hər şeyin ediləcəyini bildirib.

İyun ayında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Ben Rods silahların göndərilməsi yollarının effektivlilyinə və onların ekstremistlərin əlinə düşməyəcəyinə əmin olduğunu bildirmişdi:”İş prosesi zamanı müxalifətdə Əl-Husra kimi ekstremist elementlərin təcri edilməsi olduqca vacib idi. Biz indi belə səviyyədə münasibət qurmuşuq. İndi silahların çatdırması yolları yaradılıb. Suriyaya, müxalif Ali Hərbi Şura daxil olmaqla, yüklərin necə çatdırılmasını bilirik.”

Washington Post qəzetinin verdiyi məlumata görə, prezident Obamanın Suriya müxalifətinə silah yardımı planı Konqresin Nümayəndələr Palatası və Senatın Kəşfiyyat komitələrinin bəzi üzvlərinin etirazına səbəb olub.

Qəzetin redaktor məqaləsində deyilir ki, ABŞ-n müttəfiqləri prezidentin Suriya məsləsində “məsulyyətsiz davranışı”na, indi isə onun “hətta ən adi bir qərarını sona çatdıra bilməməsi”nə görə çaşmış və həyəcan keçirir.
XS
SM
MD
LG