Accessibility links

Gənc fəallar kitab oxumağı ictimailəşdirmək istəyib

AXCP Gənclər Komitəsinin üzvü Türkel Azərtürk və NİDA Vətəndaş Hərəkatının fəalları - Tural Şəkərli və Məhəmməd Qurbanov iyulun 15-də saxlanılıb Səbayel rayon Polis İdarəsinin 9 saylı polis bölməsinə aparılıb. Gənclər sonradan azad buraxılıb. Bu barədə AXCP Gənclər Təşkilatından Amerikanın Səsinə bildiriblər.

Saxlanmaya səbəb fəalların Fəvvarələr meydanında, “Makdonalds” kafesi yaxınlığında kitab oxumağın ictimailəşdirilməsi məqsədi ilə keçirərkən saxlanılıblar. Onlar sadəcə skamyada oturub kitab oxuyurlarmış və bu aksiya videoya çəkilirmiş. Bu səbəbdən aksiya meydandakı insanların diqqətini cəlb edib və polis aksiyaçıları saxlayıb.

Polis onların saxlanması və azad edilməsinin səbəbləri barədə məlumat verməyib.
XS
SM
MD
LG