Accessibility links

Amerikanın Səsinə müsahibədə Təbrizli sosioloq və Ankara Universitetində sosiologiya bölümünün doktorantura tələbəsi assimilyasiyaya məruz qalmış cəmiyyətlərin bəzi üzvlərinin öz mədəni dəyərlərinə qarşı fəaliyyət göstərmələrinin səbəbləri və İran Azərbaycanında sıx işlənən “manqurt” anlamının sosioloji və sosial-psixoloji anlam və funksiyaları haqqında danışıb.


Artum Dinc deyir ki, türk əfsanələrində şüursuzlaşdırılmış kölə xarakterini təsvir edən və ünlü Qırğız yazar Çingiz Aytmatovun Gün var əsrə bərabər kitabının yayılması ilə yenidən gündəmə gələn manqurt anlamı İran Azərbaycanının siyasi çevrələrində kifayət qədər aktual və münaqişələr törədən bir termin olub. Sosial-psixoloji baxımından “manqurtlaşma” prosesi fərdlərin duyğu, düşüncə və davranışlarını yenidən düzənləmək amacı ilə istifadə edilən bir şərtləndirmə metodudur. Bu metodda şəxslərə mükafatlandırma və ya cəzalandırma yolu ilə istənilən duyğu, düşüncə və davranış qaydaları mənimsədilər və istənilən yöndə itaətçi bir şəxsiyətə bürünmələri təlqin edilər.

Xarakter və ya şəxsiyyət dəyişən bir varlıqdır. Şəxsiyət mükafatlandırma ve cəzalandırma yolları ilə yenidən şəkillənə bilər, bunun üçün şərtləndirmə və tərs şərtləndirmə metodlarından yararlanılır
Güneyli sosioloq İranda 1926-dan bəri planlı və sistematik bir şəkildə, fars olmayan millətlərə qarşı aparılan “özgələşdirmə” və “farslaşdırma” prosesində bu metodun bütün incəlikləri ilə tətbiq edildiyini qeyd edir: “İran coğrafiyası tarix boyunca fərqli mədəniyyətlərin yaşadığı bir yer olub. Ancaq, bu gün farslaşdırma istiqamətində aparılan assimilasiyaçı söyləm/diskursiya orada hakim görüşdür. Bu istiqamətdə qurumlaşdırılmış müəssisələr vasitəsi ilə cəmiyyət mühəndisliyiduyğu direksiyası həyata keçirilir,” deyə Artum Dinc İran Azərbaycanında manqurtlaşma prosesini izah edir.

Artum Dinc hesab edir ki, İran cəmiyyətində müvəffəqiyyətə gedən yol da “farslaşmaq”dan keçir. Sistemin yaratmaq istədiyi “başarılı şəxsiyyət” öz kültürünün dəyərlərini rədd edib və hakim mədəniyyətin dəyərlərini mənimsəyir. “Xarakter və ya şəxsiyyət dəyişən bir varlıqdır. Şəxsiyət mükafatlandırma ve cəzalandırma yolları ilə yenidən şəkillənə bilər, bunun üçün şərtləndirmətərs şərtləndirmə metodlarından yararlanılır,” cənab Dinc vurğulayır.

“İtaətçi insan yerinə sorğulayıcı insan yetişdirilməlidir,” deyə sosioloq pan-İranizmin tək-dilləşdirmə, tək-millətləşdirmə, tək-bayraqlaşdırma və umumiyyətlə tək-tipləşdirmə siyasətinə qarşı mədəni itaətsizliyi təsirli bir mübarizə forması olaraq qiymətləndirir.

Show comments

XS
SM
MD
LG