Accessibility links

Fransada mühacirlərlə bağlı gərginliklər vüsət alır [Təhlil]


Fransada ehtiraslar yalnız havanın hərarəti ilə deyil, islam, mühacirət və zorakılıqlar əleyhinə artmaqda olan gərginliklərlə vüsət alıb.

Qanunvericilərin istirahətə yollandığı bir vaxt Parisin Trappes rayonunda iğtişaşlar baş qaldırıb. Bu isə yayın sakit keçməyəcəyinə işarədir.

Keçən həftə sonu onlarla insan polis idarəsinə hücum edərək, polis işçilərini daşa basıb, yanğınlar törədib.

İnsident polisi təhqid edən bir şəxsin həbsindən sonra baş verib. Həmin şəxs həyat yoldaşının baş örtüyünə görə nəzarət alınmasına etiraz edib.

Baş verənlər 2005-ci il hadisələrini xatırladır. O vaxt əsasən mühacirlərin yaşadığı məhəllələrdə iğtişaşlara yol verilmişdi. 2010-cu ildə üz örtüyünün yasaqlanmasına dair qanun debatlar və qəzəbləri daha da qızışdırmışdı.

Bu gün fərq nədədir? Sosioloq Mişel Vievorka hesab edir ki, bunlar arasında bağlılıq var. Terrorizm, zorakılıq və irqçilikdən bəhs edən “Şər” adlı kitabın müəllifi deyir ki, keçmişin problemləri indi vəhdət şəkli alıb. “Yoxsul məhəllərlərdə yaşayanlar irqçilik, bərabərsizlik, polisin sərt davranışı ilə üzləşir.”

Digər məsələ baş örtüyü yasağıdır. Qanunun qüvvəyə minməsindən sonra bir çox qadın qanunu pozduqlarına görə məsuliyyətə cəlb edilib. İnsanlar buna etiraz edir.

Bu həftə Trappes hadisələri ilə bağlı yeniyetmə bir oğlan 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər iki nəfərə bəraət qazandırılıb. İndi sakitlik müşahidə edilsə də, gərginlik azalmayıb.

Manuel Valls

Manuel Valls

Fransanın daxili işlər naziri Manuel Valls polisin iğtişaşa cavabını müdafiə edib. Nazir baş örtüyü ilə bağlı qanunun islam əleyhinə ölçü olmadığını, əksinə qadlnların marağına xidmət etdiyini deyib.

Fransanın solçu hökumətinin ölçüləri tənqidlərlə qarşılanır. Mərkəz-sağçı UMP müxalifət partiyasının üzvləri hökuməti zəiflikdə ittiham edir.

Sosialist prezident Fransua Oland irqi əsasda kimliklərin yoxlanışına son qoyulacağını vəd etsə də, sözünə əməl etməyib.

Hazırda polisin qeyri-rəsmi Facebook səhifəsindəki iqrçi qeydlərlə bağlı təhqiqiat aparılır.
XS
SM
MD
LG