Accessibility links

"Rüstəm İbrahimbəyov Bakıya qayıdacaq... mütləq qayıtmalıdır." [Audio]


Turan Agentliyinin direktoru Mehman Əliyev

Turan Agentliyinin direktoru Mehman Əliyev

Milli Şuranın Tbilisidəki yığıncağından geri dönən Milli Şura üzvü Mehman Əliyev toplantı haqda təəssüratlarını Amerikanın Səsi ilə paylaşıb. Onun sözlərinə görə seçki kampaniyasına bir neçə həftə qalmış Milli Şura nümayəndələrinin vahid namizədlə görüşü böyük önəm daşıyırdı.


Yığıncaqda bir sıra mühüm məsələlərin müzakirə olunduğunu qeyd edən Mehman Əliyev Milli Şurada mübarizə əhval ruhiyyəsinin yüksək olduğunu söylədi.

Demokratik qüvvələr imkan verməməlidirlər ki, hakimiyyət alternativsiz seçki keçirsin.
"Hakimiyyət Rüstəm İbrahimbəyova qarşı əngəllər yaradır və o əngəlləri aradan qaldırmaq bizim daxili işimizdir," deyə cənab Əliyev bildirdi. O, əlavə etdi ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməkdə qərarlıdır və müxalif qüvvələr qarşıdan gələn aylarda birgə mübarizə aparmağı planlaşdırırlar.

“Demokratik qüvvələr imkan verməməlidirlər ki, hakimiyyət alternativsiz seçki keçirsin,” deyə Mehman Əliyev həmçinin seçkilərdə fəal iştirakın olduqca vacib olduğunu qeyd etdi.

Mehman Əliyevlə söhbətdə Tbilisidəki görüşün başqa aspektləri haqda məlumat almaq üçün mətnin yuxarı hissəsində müsahibənin tam audiosunu dinləyə bilərsiniz.

Show comments

XS
SM
MD
LG