Accessibility links

Sorğu: Bakı sakinləri Putinin səfəri haqda nə düşünür?


Sorğu: Bakı sakinləri Putinin səfəri haqda nə düşünür?
please wait

No media source currently available

0:00 0:04:45 0:00
Direct link

Rusiya prezidenti Vladimir Putin avqustun 13-də Azərbaycana işgüzar səfərə gələcək. Prezident İlham Əliyevlə danışıqlardan sonra bir neçə ikitərəfli sənədin, o cümlədən energetika və nəqliyyat sahəsində sənədlərin imzalanması gözlənilir. Bu barədə RİA-Novosti məlumat yayıb. “Rusiya nümayəndə heyətinin tərkibi göstərir ki, danışıqlar zamanı ikitərəfli münasibətlərə dair bütün kompleks məsələlərin müzakirəsi planlaşdırılır”, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, energetika naziri Aleksandr Novak, fövqəladə hallar naziri Vladimir Puçkov, nəqliyyat naziri Maksim Sokolov, iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, həmçinin “Rosoboroneksport”un baş direktoru Anatoli İsaykin, Xəzər dənizi üzrə çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri İqor Bratçikov, “Rosneft”in rəhbəri İqor Seçin və “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov daxildir. Vladimir Putinin Azərbaycana səfəri ilə bağlı Bakı sakinləri nə düşünür? Bu barədə Bakının mərkəzi küçələrində Rusiya prezidentinin səfəri barədə apardığımız sorğuya baxın.

XS
SM
MD
LG