Accessibility links

Zəncanlılar havanı çirkləndirən zavodun bağlanmasını istəyir


Zəncanlılar küçələrə çıxıblar

Zəncanlılar küçələrə çıxıblar

Zəncan şəhərində su və havanın çirklənməsi, eləcə də bəzi xəstəliklərin yayılmasına səbəb olan qurğuşun və sink zavoduna qarşı etirazlar fonunda çox sayda adam avqustun 11-də Zəncan hökumət idarəsi önündə aksiya keçirib.

Türkcə və farsca şuarlar səsləndirən etirazçılar tənəffüs orqanlarında xəstəliklər, o cümlədən xərçəngin geniş yayılmasına bais olan zavodlarla bağlı təcili tədbir görülməsini tələb ediblər. Onlar konkret olaraq şəhərin yaxınlığında yerləşən qurğuşun və sink zavodunun bağlanmasını tələb ediblər.

Zəncanlılar etiraz edir

Zəncanlılar etiraz edir

Zəncan valisi və şəhərin cümə imamının etirazçılar arasına gedib onlara danışdıqları bildirilir. “Ölkə və vilayətin iqtisadiyyatını düzgün müdiriyyətlə qorumaq lazimdir... Amma Zəncan əhalisinin etiraz etdiyinə görə, qurğuşun və sink zavodu bağlanacaqdır,” deyə Zəncan valisi Məhəmməd Rəufnejad vəd edib. Bu bəyanatı ISNA xəbər agentliyi yayıb.

Zavodun tullantılarının insan səhhətinə zərərli olması ilə bağlı söhbətlər və yazılar 10 il öncədən yayılmağa başlasa da, yerli jurnalistlərin dediyinə görə, zavod müdirləri son zamanlara qədər ittihamları qəbul etməkdən boyun qaçırırdılar.
XS
SM
MD
LG