Accessibility links

Video

Mahir Abdullayev necə oğurlanıb? [Oğurluq marşrutu, Eynulla Fətullayevlə görüş və s.]


10 il bundan öncə, 2003-cü ilin oktyabrında oğurlanan Milli Təhlükəsizlik Nazirliyinin mayoru Mahir Abdullayevin Hüquqlarını İctimai Müdafiə Komitəsi avqustun 14-də mətbuat konfransı keçirib. Mətbuat konfransında Mahir Abdullaevin necə oğurlanması, kimlər tərəfindən oğurlanması, oğurlanmanın mobil telefon siqnalları vasitəsi ilə tərtib olunmuş marşrut-sxemi barədə məlumat verilib. M.Abdullayevin 2003-cü ildə itkin düşməsi bir qrup yüksək vəzifəli şəxsin himayəsi altında baş verən insan oğurluğu sayılır. Bunun insan oğurıluğu olmasına əsas kimi M.Abdullayevin qardaşı, keçmiş rektor Elşad Abdullayevin yaydığı video-materiallar göstərilir. Hesabatda keçmiş rektor E.Abdullayev bu hadisələrdə zərərçəkən kimi tanınır. Video-materiallarda göstərilən şəxslərin 3-4-ü barəsində insan oğurlıuğuna görə yox, dələduzluqla bağlı cinayət işi açılmasına etiraz olunur.

XS
SM
MD
LG