Accessibility links

İraqda iki bomba hücumu 7 adamın ölümünə səbəb olub. Sünnilərin yaşadığı bölgələrdə həyata keçirilən hücumlar nəticəsində onlarla insan yaralanıb.

Partlayışlardan biri insanlar dünən hücuma məruz qalan kafenin qalıqlarına baxarkən baş verib. Nəticədə 6 adam həlak olub.

Digər hücum isə Bağdadın cənubunda yerləşən məscid yaxınlığında həyata keçirilib. Hücum zamanı 1 nəfər öldürülüb.

Hücumların məsuliyyətini üzərinə alan olmayıb.
XS
SM
MD
LG