Accessibility links

ABŞ-ın yeni din diplomatiyası [Video]


Devirini Anqreini üçün Birləşmiş Ştatlara təqaüd alaraq səfər etdikdən sonra İndoneziyanın Cakata şəhərində Interfaith adlı təşkilat yaratmaq qərarına gəlib. O, NyuYorka səfər etməzdən əvvəl Amerikanın xarici siyasətinə nifrət etdiyini deyir.
“Mən çox sayda qadının hicab örtdüyünü və bu qiyafədə rahat gəzdiyini, ibadətlə rahat məşğul olduqlarını gördüm. Orada çox sayda məscid var və müxtəlif dinli insanların bir-birlərinə hörmət etmələri mənim xoşuma gəldi.”

Birləşmiş Ştatların Dövlət Departamentində dövlət katini Con Kerrinin təməlini qoyduğu Etiqada Əsaslanan İcmalar kimi qurumlara Devrini Anqreini kimi insanları cəlb ediləcəyinə ümid edir.

ABŞ dövlət katibi Con Kerri: “Mən hər gün sizin din xadimləri və dini icmalarla görüşüb, təmas qurmağınızı istəyirəm.”

Cənab Kerri Xristian Etikası üzrə professor Şon Keysini quruma sədr təyin edib.
Vəzifəsinin icrasına başlayan cənab Keysi dinlərarası münaqişələr son qoyulması üçün yerli və xarici dini qruplarla əlaqədə olacağını deyir. “Bizə o qurumlarla tərəfdaşlıq etməliyik, onların gördüyü işlərlə, təsir imkanları ilə tanış olmalıyıq. Bizim bu sektora marağımız var. Onları heç cür nəzərdən qaçırmaq olmaz”.

Birləşmiş Ştatların sabiq dövlət katibi Hillari Klinton xarici dini liderlərlə əlaqələrin qurulmasına çağırırdı. Xaricdə çox sayda Birləşmiş Ştatlarda qərargahlanan təşkilatlar var ki. onlar din azadlığı uğrunda mübarizə aparırı və onlar da belə bir qurumun yaradılmasını arzulayırdılar.

Baş verənlər Corc Vaşinqton universitetinin professoru Melani Makalisteri narahat edir.
“Bu hal dindar təşkilatların ABŞ xarici siyasətində rolunu ifrat dərəcədə artırır.”

Dövlət Departamentinin Fələstinin Həmas qrupunu terrorçu təşkilat kimi göstərməsi məsələnin siyasi şəkil alacağını göstərir.

Professor Keysi isə heç bir dini qrupun istisna edilməyəcəyini deyir. “Biz bizimlə müzakirə aparmaq istəyən hər kəslə danışmağa hazırıq. Biz hansısa siyahıya görə heç kimi qapıdan geri qaytarmayacağıq.”

Yeni təşkilatı tənqid edənlər də, onu razılıqla qarşılayanlar da İraqda və Əfqanıstandakı müharibələrdə ABŞ-ın əsas xətasının yerli dini ənənələrlə ayaqlaşa bilməməsi olduğunu deyirlər və etiraf edirlər ki, bu istiqamətdə hansısa dəyişiklik vacibdir.
XS
SM
MD
LG