Accessibility links

Saleh Kamrani deyir ki, İran məhkəmələrində güneyli fəallara qarşı irəli sürülən ittihamlar dəqiq və şəffaf deyil. Amerikanın Səsinə müsahibədə fəalların üzləşdiyi ittihamları hüquqi baxımdan şərh edən azərbaycanlı vəkil və sabiq siyasi məhbus bu ittihamların əslində hakimlər deyil təhlükəsizlik qurumları və müstəntiqlər tərəfindən müəyyənləşdiyini irəli sürür.


“Fəalların üzləşdiyi ittihamlar ümumiyyətlə onların apardığı fəaliyyətlərlə əlaqəli olmur,” deyə fikrini ifadə edən Saleh Kamrani əlavə edir ki, İran məhkəmələrinin hakimləri güneyli fəalları adətən bir neçə bəlli ittihamla günahlandırırlar. Həmin bu ittihamlar fəalların mənsub olduğu qrup, apardığı fəaliyyət, yaşadığı şəhər ya təhsil səviyyəsi kimi amillərlə dəyişmir.

“Rejimə qarşı təbliğat”, “pantürkizm”, “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “qanunsuz təşkilatlarda üzvlük” kimi ittihamlara toxunan vəkil bu suçlamaların dünyada insan haqları əsasında oturuşmuş hüquq sistemi və hətta İrandakı İslami cəza qanunlarına uyğun olmadığını deyir.

Qanunlara görə, siyas məhbus açıq məhkəmədə və münsiflər heyəti tərəfindən mühakimə edilməlidir. Ancaq İran höküməti ölkənin konstitusiyasında siyasi suçun tərifini verməkdən çəkinir.
“Qanunlara görə, siyas məhbus açıq məhkəmədə və münsiflər heyəti tərəfindən mühakimə edilməlidir. Ancaq İran höküməti ölkənin konstitusiyasında siyasi suçun tərifini verməkdən çəkinir. Siyasi suç tərif edilsə milli fəalları həbs cəzası ilə üzləşdirən bir çox fəaliyyət artıq suç və ittiham sayılmaya bilər,” deyə sabiq siyasi məhbus vurğulayır.

İran İnqilab Məhkəmələrini həm vəkil həm də müttəhim/defendant olaraq təcrübə etdiyini bildirən cənab Kamrani ittihamların əsasən hakimlər deyil təhlükəsizlik qurumları və onların müstəntiqləri tərəfindən yazıldığını irəli sürür.

Onun dediklərinə görə, çıxarılan hökmlər hüquqi deyil siyasi sənədlərdir.
Güneyli vəkil son vaxtlarda 28 gün aclıq aksiyasi keçirən Yeni GAMOH liderləri, habelə Evin zindanında həbsdə olan tanınmış jurnalist Səid Mətinpura qarşı çıxarılan ağır həbs hökmləri haqda da fikirlərini Amerikanın Səsi ilə paylaşıb: “Bir vəkil olaraq Yeni GAMOH üzvlərinin hər birinin doqquz il həbsə məhkum olmasını heç gözləmirdim. Onlara qarşı irəli sürülən “qanunsuz təşkilat qurma” ittihamı doğru olsa belə yenə də bu qədər ağır cəzası olmamalıydı. İranın öz qanunlarına görə, bu ağırlıqda cəza ancaq savaş zamanı verilə bilər.”

Səid Mətinpur

Səid Mətinpur

“Məhkəmə Səid Mətinpuru düşmən ölkəyə casusluq etməkdə ittiham edib. Bu, hansı düşməndir? Türkiyə və İran arasında düşmən münasibəti yoxdur. Məqsəd Amerika isə, Abbas Əbdi (iranlı siyasi muxalif) də Amerikaya casusluq ittihamı ilə mühakimə edilmişdi ancaq bu qədər cəza almadı.”

Saleh Kamraninin fikrincə Səid Mətinpur və Yeni GAMOH liderlərinə qarşı çıxarılan məhkəmə hökmləri sadəcə beynəlxalq hüquqda deyil, İranın öz hüquq sisteminə görə belə qanunsuz sayılır.

Vəkil həmçinin fəalların üzləşdiyi pantürkizm ittihamının əsasən İranın cəza qanunlarında mövcüd olmadığını vurğulayır.

“Məhkəmə tərəfindən irəli sürülən ittiham dəqiq və şəfaf olmalıdır, cünki insanların ruhu və canı ilə uğraşır... qanunda ibham (qeyri müəyyənlik) olsa da, hakim bu ibhamı müttəhimin xeyrinə olaraq təfsir etməlidir... Pantürkizm ya misal üçün liberalizm siyasi terminlərdir. Bir siyasi düşüncəni ittiham olaraq məhkəmə sənədinə daxil etmək doğru deyil.”

İran Azərbaycanında vüsət alan təqiblər Amnesty InternationalHuman Rights Watch kimi təşkilatıarn son hesabatlarında da geniş yer alır. Amnesty International İran Azərbaycanı ilə bağlı yaydığı bəyanatlarında pantürkizm damğasını “anlaşılmaz” ittiham kimi qiymətləndirir.
XS
SM
MD
LG