Accessibility links

“Vaşinqton yürüşü”nün 50-ci ildönümü qeyd edilir


​ABŞ paytaxtında “Vaşinqton yürüşü”nün 50-ci ildönümü münasibəti ilə təşkil edilən yürüşdə minlərlə insan iştirak edir. Bu gün ABŞ-da vətəndaş hüquqları müdafiəçisi Martin Lüter Kinqin xatirəsi anılır.

50 il əvvəl avqust ayının 28-də o, Vaşinqtonda təşkil edilən yürüşə rəhbərlik etmiş, “Bir arzum var” adlı nitqini söyləmişdi.

Kinqin bu çıxışı Afrika mənşəli amerikalıların bərabər hüquqlarla təmin edilməsi mübarizəsinin təməli hesab edilir.

Bu gün yürüşdə Afrika mənşəli amerikalı ruhani Al Şarpton və Kinqin oğlu III Martin Lütür Kinq nitq söyləyib.

İnsan haqları müdafiəçisi Cessi Cekson deyib ki, biz azadıq, lakin bərabər deyilik.

Vətəndaş hüquqları müdafiəçisi Culian Bond qaraların ağlarla müqayisədə hələ də aşağı iqtisadi göstəricilərə malik olmasından şikayətlənib.

1964-cü ildə Martin Lüter Kinq Nobel Sülh Mükafatına layiq görülüb.1968-ci ildə o, sonuncu kampaniyasını öldürüldüyü Tennisi ştatının Memfis şəhərində keçirib. Sui-qəsdin qurbanı olan Martin Lüter Kinqin o vaxt 39 yaşı var idi.



Avqustun 28-də keçiriləcək ikinci yürüşə ilk qaradərili ABŞ prezidenti Barak Obamanın qatılacağı gözlənilir.

Mərasimdə sabiq prezidentlər-Cimmi Karter və Bill Klinton iştirak edəcək.
XS
SM
MD
LG