Accessibility links

ABŞ prezidenti Barak Obama Bəşar əl-Əsəd hökumətinin kimyəvi silahdan istifadə etdiyinə görə Suriyada hərbi ölçülər üçün imkanlara baxdıqca mühüm hüquqi faktorları nəzərə almalıdır.

Konstitutsiya müharibə elan etmək səlahiyyətini Konqresə həvalə edib

Konstitutsiya müharibə elan etmək səlahiyyətini Konqresə həvalə edib

ABŞ Konstitutsiyası prezidenti silahlı qüvvələrin ali baş komandanı kimi tanıyır, ancaq müharibə elan etmək və onu maliyyələşdirmək səlahiyyəti Konqresə həvalə olunub. Üstəlik, Müharibə Səlahiyyətləri Qanunu prezidentdən hərbi əməliyyatlara başladıqdan 48 saat sonra Konqresi məlumatlandırmağı tələb edir. Qanunvericilərin təsdiqi olmadan silahlı qüvvələr əməliyyatlarda 60 gündən artıq iştirak edə bilməz.

Müharibə Səlahiyyətləri Qanunu qəbul edildikdən bəri prezidentlə Konqres arasında başlıca ixtilaf nöqtəsinə çevrilib. Prezidentlər bir neçə dəfə Konqres liderləri ilə məsləhətləşdikdən sonra hərbi əməliyyatlara start veriblər, amma çox zaman bu addım Konqresdə səsvermə yolu ilə təsdiq almadan atılıb.

Ötən həftə Bəşar əl-Əsəd hökumətinin Suriyada kimyəvi silahdan istifadə etməsi xəbəri yayılıb

Ötən həftə Bəşar əl-Əsəd hökumətinin Suriyada kimyəvi silahdan istifadə etməsi xəbəri yayılıb

İki il öncə prezident Obama ABŞ hava qüvvələrinə Liviyada bombardman əməliyyatlarına başlamaq barədə göstəriş verdi, ancaq bunun üçün konqresdən təsdiq almadı.

Suriya barədə BMT-dən qətnamənin gözlənilmədiyi halda mümkündür ki, ABŞ hərbi əməliyyatlarda yalnız Fransa və Britaniyaya arxalanacaq.

Yüksək rütbəli Dövlət Departamenti rəsmisi bidlirib ki, cənab Obama “hazırda faktları araşdırır və irəliyə doğru məsuliyyətli qaydada qərar verəcək.”
XS
SM
MD
LG