Accessibility links

Con Kerri: Kimyəvi silahlardan istifadə olunduğu inkaredilməzdir


ABŞ Dövlət Katibi Con Kerri

ABŞ Dövlət Katibi Con Kerri

ABŞ Dövlət Katibi Con Kerri deyir ki, Suriyada bu yaxınlarda kimyəvi silahlardan istifadə olunduğu “inkaredilməzdir”. O, baş verənləri “mənəvi biədəblik” adlandırıb.

Bazar ertəsi Dövlət Departamentində çıxış edən cənab Kerri deyib ki, Prezident Barak Obama inanır ki, bu iyrənc silahlardan istifadə edənlər hərəkətlərinə görə cavab verməlidirlər. O, prezidentin hansı ölçüləri götürəcəyini deməyib.

Cesrin qəsəbəsində əsəb qazı hücumuna məruz aldğı deyilən adama oksigen verilir.

Cesrin qəsəbəsində əsəb qazı hücumuna məruz aldğı deyilən adama oksigen verilir.

Cənab Kerri bildirib ki, kimyəvi silahlardan istifadənin fəsadları olmalıdır. “Bu növ silahlardan bir daha istifadə edilməməsi üçün biz ayağa qalxmalıyıq,” deyə Dövlət Katibi söyləyib.

Ötən həftə Dəməşq civarında kimyəvi silahlardan istifadə olunması nəticəsində yüzlərlə adamın həlak olması barədə xəbərlərin yayılmasından sonra ABŞ və onun müttəfiqlərinə iki ildir davam edən qanlı Suriya münaqişəsinə müdaxilə etmək üçün tətbiq olunan təzyiq güclənib.

Prezident Obama ötən il bildirmişdi ki Suriyada kimyəvi silahlardan istifadə “qırmızı xəttin keçilməsi” olacaq, və ABŞ-ın hansı addımlar atması barədə hesablamalarını dəyişəcək. Lakin bu ilin əvvəlində kiçik miqyasda kimyəvi silahlardan istifadə olunmasına dair məlumatlar üzə çıxdıqdan sonra ABŞ ciddi addımlar atmadı.
XS
SM
MD
LG