Accessibility links

Yunus Şamili: İranın yeni nazirlər kabineti Azərbaycan türklərinin nüfuzunu əks etdirmir [Audio]


Yunus Şamili
Yunus Şamili
Yunus Şamili Azərbaycan türkləri və digər etnik qrupların hüquqları istiqamətində Həsən Ruhani tərəfindən ciddi addım atılacağına inanmır. Güneyli jurnalist və siyasi fəal Amerikanın Səsinə müsahibədə İranın yeni nazirlər kabineti, qadınlar, etnik qruplar habelə dini azlıqların Həsən Ruhaninin təşkil etdiyi hökümətdən gözləntiləri və nazirlərin seçlməsində bu qrupların haqlarının nəzərə alınıb-alınmaması kimi məsələləri qiymətləndirib.

Yunus Şamili İranın yeni hökumətini şərh edir
please wait

No media source currently available

0:00 0:20:28 0:00

Yunus Şamili qeyri-fars xalqlar, qadınlar və dini azlıqların haqlarını müdafiə edən qrupların kabinetdə bu cəmiyyətlərə yer verilmədiyi ya saylarına uyğun olaraq nəzərə alınmadıqlarına dair etirazların yerli və haqlı olduğunu vurğulayır: “İran İslam Respublikasının keçmişinə baxsaq bu qrupların etirazlarının yerli olduğunu anlarıq. Bu dövlət heç zaman azlıqlara tolerantlıq göstərməyib.”

Əli Cənnəti
Əli Cənnəti
Həsən Ruhaninin İrşad və Mədəniyyət Naziri olaraq təyin etdiyi Əli Cənnətinin İran parlamentində nazirlərə səsvermə mərasimindəki çıxışında İranı fars yurdu adlandırmasına tənqidi münasibət bildirən güneyli fəal nazirin bu çıxışının kabinetin gerçək mahiyyətini ortaya qoyduğunu bəyan edir.

“... Kültür İslam İnqilabının əsas dili, incəsənət isə Parsə (Fars) yurdunun söylər dilidir ... dünya farsdillilərini bir daha bir araya gətirib, farsdillilərin mədəni birliyini gücləndirmək uğrunda çalışacam ..,” deyə İranın yeni İslami İrşad və Mədəniyyət Naziri Əli Cənnəti İran parlamentindəki çıxışında söyləyib.

Cənab Şamilinin sözlərinə görə, “İranı farsların ölkəsi və fars dilində danışan bir ölkə tanımaq irqçilik sayılır. Nazirin bu sözləri Həsən Ruhaninin təşkil etdiyi nazirlər kabinetinin nə olduğunu bizə göstərir... Keçmişdə siyasətlərini bu qədər açıq deməzdilər. İnqilabın başlanğıcında İslamın da üstünlüyünü qeyd edərdilər, ancaq bu gün fars kültürünə üstünlük vermələrini açıqca dilə gətirirlər.”.

Xomeyni gələndə panfarsizm görüşü hələ formalaşmamışdı. Ancaq sonralar, bu siyasət formalaşınca qeyri-farsları hakimiyyət dairələrindən uzaqlaşdırmağa başladılar və hazırda Həsən Ruhani də eyni siyasəti yürdürür.
Güney Azərbaycan Milli Demokratik Birliyi təşkilatının İdarə Heyəti üzvünün fikrincə İranda mədəniyyət işlərinə aid olan büdcənin tamamını sadəcə fars kültürü üçün xərclənməsi aşkar ayrıseçkilikdir və bu irqçi siyasətə etiraz olunmalıdır.
İranın yeni prezidenti Enerji Naziri, eləcə də Sənaye, Mədən və Ticarət Nazirini Azərbaycandan seçib. Azərbaycan fəalları, həmçinin bəzi Azərbaycan şəhərlərinin İran parlamentindəki deputatları İranda yaşayan türklərin sayını nəzərə alaraq sadəcə iki türkün nazir seçilməsini də ayrıseçkilik olaraq qiymətləndiriblər.

Yunus Şamili də həmin fikiri irəli sürür: “Bu etiraz doğrudur. Xomeyni gələndə panfarsizm görüşü hələ formalaşmamışdı. Ancaq sonralar, bu siyasət formalaşınca qeyri-farsları hakimiyyət dairələrindən uzaqlaşdırmağa başladılar və hazırda Həsən Ruhani də eyni siyasəti yürdürür.”

Güneyli fəal həmçinin Ruhani hökümətinin Urmiyə gölünü xilas etmək üçün işçi qrupu təşkil etməsi ilə bağlı fikirlərini Amerikanın Səsi ilə paylaşıb. O, Həsən Ruhaninin bu barədə ciddi addım atacağına inanmadığını irəli sürsə də, Urmiyə gölü ilə bağlı ümidlərin itirilmədiyini qeyd edir. Onun sözlərinə görə Ruhani hökumətini Urmiyə gölün ətrafında ekoloji durumu yaxşılaşdırmaq üçün ictimai təzyiqləri davam etdirməyə ehtiyac var.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG