Accessibility links

İran Azərbaycanlı altı fəala bir milyon tümən cərimə hökmü çıxarılıb


Feallar
Feallar

Onlar daha əvvəl 9 aylıq həbs cəzası ilə üzləşirdilər

Ərdəbil vilayətinin Apellyasiya Məhkəməsi Xiyav (Meşginşəhr) İnqilab Məhkəməsinin ötən illərdə altı güneyli fəala qarşı çıxardığı 9 aylıq həbs hökmünü dəyişərək, fəalların hər birini bir milyon tümən cərimə ödəməyə məhkum edib.

Oyan News veb səhifəsi yayılan məhkəmə sənədinə istinadən bildirir ki, Cəfər Ağa Məhəmmədi, İbrahim Əttarzadə, Aydın Zakiri, Fərdin Novbəxt, İlqar Müəzzinzadə və Mənsur Seyfi “İran İslam Respublikasına qarşı İrana müxalif qruplar və təşkilatların xeyrinə təbliğat apaqmaq”da təqsirli bilinib.

Yayılan məlumata görə, bu fəallar 2009-cu ilin may ayında Azərbaycan şəhərlərində “anti-irqçi etirazlar” zamanı həbs edilmişdilər. Etirazlar İranın sabiq prezidenti Məhəmməd Xatəmi və bir neçə digər iranlı islahatçı liderin türklər haqqında “irqçi lətifə” söyləyib güldüklərini göstərən bir videonun internet səhifələrində yayılmasından sonra baş vermişdi. Xatəminin üzr istəməsini tələb edən aksiyaların genişlənməsindən sonra Məhəmməd Xatəmi videonun saxta və “montaj” olduğunu irəli sürmüşdü.

Cərimə ödəməyə məhkum olan fəalların bir neçəsi fəaliyyətləri üzündən dəfələrlə nəzarət altına alınıb və mühakimə ediliblər. Yazar və şair İlqar Müəzzinzadə həmçinin ötən ayda Təbriz İnqilab Məhkəməsi tərəfindən 27 ay həbsə məhkum edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG