Accessibility links

Birləşmiş Ştatlarda mühacir həyatı yaşayan milli fəal, jurnalist və sabiq siyasi məhbus Amerikanın Səsinə müsahibədə ailə üzvlərinin üzləşdiyi təzyiqlər haqqında məlumat verib. Əli Süleymaninin sözlərinə görə, İranın təhlükəsizlik qurumları onun 16 yaşlı oğlunun ölkəni tərk edib atasının yanına getməsinə mane olurlar.


“Əvvəldə pasport idarəsi problem çıxarmışdı. 18 yaşdan kiçik olduğu üçün atasının gəlməsini istəmişdilər, halbuki mən xaricdə olduğum üçün oğlumun qanuni qəyyumu anasıdır. Buna görə, məhkəməyə etiraz etdilər. Ərdəbil prokurorluğu dedi ki, problem yoxdur və pasport idarəsi pasport verməyi qəbul etdi. Ancaq, heç bir qanuni problem olmadığına baxmayaraq oğlum sərhəddi keçəndə təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb,” deyə cənab Süleymani məlumat verib.

Milli fəal oğlunun Ettelaat məmurları tərəfindən 10 saata qədər sorğu-suala çəkildiyini bildirib: “Oğlum və oğlumun anasını təhdid ediblər ki, bu barədə mediaya xəbər buraxmasınlar.”

Oğlum və oğlumun anasını təhdid ediblər ki, bu barədə mediaya xəbər buraxmasınlar.
Əli Süleymaninin dediklərinə görə, təhlükəsizlik qurumunun təzyiqləri bunlarla bitməyib. Ettelaat onun ailəsinin Azərbaycan şəhərlərini tərk edib və farsdilli bölgəyə köçməsini istəyib. Onlar tələbi yerinə yetrimək məcburiyyətində qalaraq bu yaxınlarda Tehrana köçməyi planlaşdırırlar.

Keçmişdə siyasi fəaliyyətləri üzündən həbsə məruz qalan, qapadılmış Şəmsi Təbriz qəzetinin əməkdaşlarından olan Əli Süleymanı 2005-ci ilin dekabr ayında İran Azərbaycanını tərk edərək Azərbaycan Respublikasında BMT-dən sığınacaq alıb.

“Ölkəni tərk etdiyim tarixdən bəri ailəmə qarşı muxtəlif növ təzyiqlər tətbiq edilib. Onları sorğu-suala çəkib əxlaqi ittihamlar vurublar,” deyə cənab Süleymani əlavə edib.

Ölkəni tərk etdiyim tarixdən bəri ailəmə qarşı muxtəlif növ təzyiqlər tətbiq edilib. Onları sorğu-suala çəkib əxlaqi ittihamlar vurublar.
Əli Süleymani deyib ki, İran İslam Respublikası basqılar tətbiq etməklə xaricdə mühacirət həyatı yaşayan fəalların ailə üzvlərinindən onların əleyhinə istifadə etməyə çalışır.

Azərbaycan Respublikası, Türkiyə, Avropa və Amerikada mühacirət həyatı yaşayan bir çox fəalların güneydəki ailə üzvləri tez-tez basqılara məruz qalır.
XS
SM
MD
LG