Accessibility links

"Xədicə İsmayılovaya hücumlara son qoyun!"


Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı iyrənc şəxsi hücumları pisləyib.

Beynəlxalq mükafatlar qazanmış xanım İsmayılova Azadlıq Radiosunun Azərbaycan xidmətində çalışır. Burada işlədiyi dövrdə Azərbaycanda rəsmilərin korrupsioner fəaliyyətlərini ifşa edən xanım İsmayılova onu rüsvay etmək məqsədilə həyata keçirilən qəddar şantaj əməllərinin hədəfinə çevrilib.

Hərçənd ki, Azərbaycan Prezident Administrasiyası onun özəl həyatına müdaxiləni tənqid etdi, rəsmi təhqiqat heç bir həbslə nəticələnmədi.
2012-ci ilin martında naməlum şəxsin onu susdurmaq məqsədilə verdiyi xəbərdarlığa boyun əyməkdən imtina etdikdən sonra xanım İsmayılovanın intim həyatından çəkilmiş video internetə qoyuldu. Hərçənd ki, Azərbaycan Prezident Administrasiyası onun özəl həyatına müdaxiləni tənqid etdi, rəsmi təhqiqat heç bir həbslə nəticələnmədi.

2013-cü il boyu Azərbaycanda qəzetlər xanım İsmayılovanın şəxsi həyatını tənqid edən məqalələr, o cümlədən o və onun ailə üzvləri haqda həqiqətə uyğun olmayan məlumatlar dərc etdilər.

Xədicə İsmayılova 2012-ci ildə Beynəlxalq Qadın Media Fondunun Jurnalizmdə Cəsarət Mükafatı alıb
Xədicə İsmayılova 2012-ci ildə Beynəlxalq Qadın Media Fondunun Jurnalizmdə Cəsarət Mükafatı alıb
2013-cü ilin iyulunda qeyri-qanuni yolla çəkilmiş xanım İsmayılovanın başqa bir intim videosu internetə qoyuldu.

ABŞ-ın Bakıdadkı səfirliyi verdiyi bəyanatda bildirib: “Biz jurnalist Xədicə İsmayılovaya qarşı davam edən, hədəfli təqiblərdən xeyli narahatıq. Bu hərəkətlər yolverilməzdir və onlara son qoyulmalıdır.”

"Biz bu məsələ ilə əlaqədar başlanmış təhqiqatın Azərbaycan qanunlarına və beynəlxalq öhdəliklərə uyğun şəkildə başa çatdırılmasına çağırırıq. Bunun edilməsi göstərər ki, Azərbaycan müxbirlərin hüquqlarından və təhlükəsizliklərindən narahatdır, qanun aliliyini qoruyur, və ələlxüsus seçki ilində etik və sağlam media mühitini təşviq edir.”
XS
SM
MD
LG