Accessibility links

Video

Ceyms Uorlik: Davamlı sülhə nail olmağın vaxtı çatıb


“Əsas məqsədim Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində tərəflərə kömək etməkdir. Mənim fəaliyyətimin əsas prioriteti regionda münaqişənin praktik həllinə, regionda sülhün təmin olunmasına nail olmaqdır”. Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı yeni həmsədri Ceyms Uorlik Bakıya ilk səfəri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 20 ildən artıq davam edən və münaqişə nəticəsində tərəflər arasında yaranan əzab-əziyyət və nifrətə son qoymağın vaxtı çatıb. ​​“Artıq münaqişənin Helsinki Yekun Aktına əsasən həlinin zamanıdır. Minsk qrupu, Minsk qrupunun həmsədrləri, Azərbacan və Ermənistan, regionda marağı olan digər dövlətlərin birgə iştirakı ilə davamlı sülhə və sabitliyə nail olmalıyıq. Davamlı sülhə nail olmaq üçün hər iki tərəfin siyasi iradə və güzəştə getmək üçün cəsarətli addımlar atıması tələb olunur. Münaqişənin sülhlə həllinə nail olmaq üçün digər həmsədrlərlə fəaliyətimin davam etdirilməsini səbirsizliklə gözləyirəm. Davamlı sülh yolu ilə həllin birgə axtarılması lazımdır”, o qeyd edib.

XS
SM
MD
LG