Accessibility links

İraqda silsilə hücumlar nəticəsində 20-dən artıq insan həlak olub


İraqda silsilə hücumlar nəticəsində 20-dən artıq insan həlak olub. Hadisələr onlarla insanın yaralanmasına səbəb olub.

Bu gün Hilla şəhərində maşına yerləşdirilmiş bomba partlayışları 10 adamın həyatına son qoyub. Bağdadın vilayət şurasının rəhbəri hücumdan xilas ola bilib.

Rəsmilər onun maşın karvanının hədəf alınması nəticəsində 2 nəfərin həlak olduğunu, 10 nəfərin yaralandığını bildirir.

Hücumların məsuliyyətini üzərinə alan olmayıb.
XS
SM
MD
LG