Accessibility links

Meksikanın Verakruz ştatının minlərlə sakini İnqrid qasırğası təhlükəsi ilə evakuasiya edilib.

Qasırğanın sahilə sabah çatacağı gözlənilir. Saatda 140 km sürətlə irəliləyən İnqrid quruya yaxınlaşdıqca sürət toplayır.

ABŞ sinoptikləri 2013-cü il qasırğa mövsümünün ikinci qasırğası olan İnqridin şiddətli yağışlarla müşayiət edildiyini bildirir.

Körfəz sahilləri Kabo Rojidan La Peskayadək qasırğa xəbərdarlığı qüvvədədir.

Meksikanın Sakit okeanı sahillərində də qasırğa təhlükəsi mövcuddur. Manuel qasırğasının həyati təhlükəsi var. Belə ki, onun ciddi daşqınlara yol açacağı proqnozlaşdırılır.
XS
SM
MD
LG