Accessibility links

"Jurnalistlərlə müəyyən vaxt kəsiyində prezident olan şəxs arasında divarın saxlanılması çox mühümdür. Amerikanın Səsi propaqanda qurumu deyil və nə Ağ Evin, nə də başqa kimsənin dilmancı deyil," deyə Amerikanın Səsinin direktoru David Ensor bildirib. "Huffington Post" vebsaytının Nikolas Kralevlə Söhbətlər rubrikasında müsahibə verən cənab Ensor bildirib ki, Amerikanın Səsində çalışan jurnalistlərin yüksək rütbəli ABŞ rəsmilərinə xüsusi çıxışı yoxdur.

Xəbər agentliyiinin rəhbəri eyni zamanda əlavə edib ki, Amerikanın Səsi ABŞ ictimai diplomatiyasının bir alətidir – belə ki, onun proqramlarını dünya boyu 150 milyon adam izləyir: “İranın yaşlı əhalisinin 20 faizi Amerikanın Səsinin proqramlarına həftədə azı bir dəfə baxır. Bizim Afrikada, İndoneziyada və Latın Amerikasında nəhəng auditoriyalarımız var.”

İranın yaşlı əhalisinin 20 faizi Amerikanın Səsinin proqramlarına həftədə azı bir dəfə baxır.
Müsahibədə cənab Ensor Amerikanın Səsinin Konqresin qərarına əsasən bu yaxınlarda ABŞ-da da xəbər yayımlamağa başladığını qeyd edib. “Bəzi adamlar elə güman edirlər ki, Amerikanın Səsi Soyuq müharibə dönəmindən qalma bir qurumdur. Amma bizim əməliyyatlarımız indi Soyuq Müharibə dönəmində olduğundan daha genişdir. Bizi daha çox adam izləyir,” deyə cənab Ensor vurğulayıb.

O, habelə Amerikanın Səsinin Milli Təhlükəsizlik Agentliyindən sızmalar və Suriyadakı vətəndaş müharibəsi barədə məlumatlandırılmanı şərh edib.

David Ensor 31 il NPR, ABC və CNN xəbər agentliklərində müxbir qismində çalışıb. Amerikanın Səsinə rəhbər təyin olunmazdan öncə o, ABŞ-ın Əfqanıstandakı səfirliyində ictimai əlaqələr üzrə direktor olub.

XS
SM
MD
LG